Premyer-liqa
Rəsmiləşdi: "Sumqayıt" Samir Abasova tapşırıldı
Bu gün "Sumqayıt" klubunda Müşahidə Şurasını…
Bu gün "Sumqayıt" klubunda Müşahidə Şurasının iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, iclasda komandanın baş məşqçisi Aqil Məmmədovun istefa ərizəsinə baxılıb.
Qeyd edək ki, adıçəkilən məşqçi 5 oktyabr tarixində klub rəhbərliyinə istefa verdiyini rəsmən açıqlamışdı. Toplantıda Müşahidə Şurası Aqil Məmmədovun istefa ərizəsini qəbul edib. Şura üzvləri iclasda Məmmədova minnətdarlığını bildirərək ona gələcək karyerasında uğurlar arzulayıb.
Müşahidə Şurasının iclasında qərardan irəli gələn növbəti vacib məsələ isə A komandanın baş məşqçi vəzifəsinə namizədlərin müzakirəsi və seçilməsi olub. Çıxarılan qərara əsasən, əsas komanda 2015/2016 mövsümünün sonuna qədər Samir Abasova həvalə edilib, eyni zamanda adıçəkilən mütəxəssisə məşqçilər korpusunun formalaşadırılması tapşırığı verilib.
Onu da vurğulayaq ki, Abasov B kateqoriyasına malikdi və lisenziya tələblərinə uyğun olaraq, Premyer Liqada işləyə bilməz. Amma "Sumqayıt" problemi həll etmək üçün AFFA-ya və PFL-ə müraciət edəcək. Onlar növbəti məşqçi kurslarına qədər kluba güzəşt edilməsini istəyir.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”