Ölkə futbolu
"Qəbələ"də daha bir zədəli
Topaz Premyer Liqasının 8-ci turunda “Neftçi”nin …
Topaz Premyer Liqasının 8-ci turunda “Neftçi”nin qonağı olacaq “Qəbələ” doğma şəhərində bu matçın hazırlıqlarını davam etdirir. “Qırmızı-qaralar” milli komandaların matçlarına görə yaranmış fasilədə öz meydanında“Qarabağ”la sınaq matçında qarşılaşacağını xəbər vermişdik.
Klubun mətbuat xidmətinin rəhbəri Anar Hacıyevdən aldığımız məlumata görə, bu fasilədə hələ ki, başqa yoxlama oyunu nəzərdə tutulmayıb.
Bundan başqa, zədəli olan müdafiəçi Rafael Santosa daha bir futbolçu qoşulub. Belə ki, hazırda Bosniya və Hersoqovina millisinin düşərgəsində olan Ermin Zets zədələnib. Onun hansı müddətə sıradan çıxdığı klubun düşərgəsinə qoşulduqdan sonra bilinəcək.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”