Ölkə futbolu
Kamran Ağayevli “Karşıyaka” səfərdə büdrədi
Türkiyə PTT 1-ci Liqasında 8-ci turun oyunları keçirili…
Türkiyə PTT 1-ci Liqasında 8-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" da növbəti matçına çıxıb.
Adıçəkilən komanda səfərdə "Karadəmir Karabükspor"la üz-üzə gəlib. Görüş “Karşıyaka”nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ağayev bu oyunda da 90 dəqiqə forma geyinib.
Qeyd edək ki, "Karşıyaka" 6 xalla 15-ci pillədə qərarlaşıb.