Ölkə futbolu
Mxitaryan Bakıya gəlməyəcək
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu …
Avropa Liqasının qrup mərhələsi çərçivəsində bu həftə "Qəbələ” "Borussiya” ilə qarşılaşacaq. Futbolinfo.az xəbər verir ki, Dortmund təmsilçisi bu oyunda əsas qol silahlarından biri olan Henrix Mxitaryanın xidmətindən yararlana bilməyəcək.
Əldə etdiyimiz məlumata görə, Almaniya tərəfi təhlükəsizlik məsələlərinə görə çəkinir. Aydın məsələdi ki, erməni futbolçunun Azərbaycana gəlməsi stadionu "alovlandıra” bilər. Elə bunu nəzərə alan Dortmund tərəfi cari mövsüm bütün turnirlərdə artıq 10 qol və 8 məhsuldar ötürmə ilə fərqlənən Mxitaryanı riskə atmaq istəmir.
Klubun icraçı direktoru Hans-Yoahim Vatske də bu xəbəri dolayı yolla təsdiqləyib: "Böyük ehtimalla, Mxitaryanı Bakıya aparmayacağıq. Ortada təhlükəsizlik məsələsi var. Futbolçumuzla risk edə bilmərik. O, özünü yaxşı hiss etməyəcəksə, qorxa-qorxa oynayacaqsa, oynamasa, yaxşıdı. Bu məqamı mütləq nəzərə almalıyıq”.
Qeyd edək ki, bəzi Almaniya mənbələri rəsmi Bakının Mxitaryana giriş izni vermədiyini yazıb. Məsələni diqqət mərkəzində saxlayacağıq. (futbol11.az)

- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Ölkə futbolu2024-04-14 08:00
“Turan Tovuz” avrokubok mübarizəsinə qayıtdı