Bizi izləyin

Ölkə futbolu

"Neftci"dən siyasi səhv

"Neftçi"nin U-14 komandası Rusiyanın Krasnodar şə…

blank
"Neftçi"nin U-14 komandası Rusiyanın Krasnodar şəhərində keçirilən "Dəri top" turnirində iştirak edib və yarışın qalibi olub. Azyaşlılardan ibarət komandamızın uğurlu çıхışı hər bir Azərbaycan vətəndaşı kimi bizi də sevindirir. Sevinirik ki, futbolumuzun gələcəyi olan bu uşaqlar хarici dövlətdə tanınmış klubların iştirakı ilə keçirilən turnirdə iştirak edib və çempion olub. Amma…
"Neftçi"nin finalda Cənubi Osetiyanın "Barsalan" komandası ilə qarşılaşıb və qalib gəlib (4:1). Həmin Cənubi Osetiya ki, bütün dünya buranı Gürcüstanın bir əyaləti kimi tanıyır. Amma Rusiyanın işğalçı siyasəti nəticəsində separatçı bir dövlətə çevirilib. Gürcüstanın ərazi bütövlüyünün pozulması hesabına yaradılan bu "dövlət"in müstəqilliyini görün kimlər tanıyır: Rusiya, Nikaraqua, Venesuela. 
Yeri gəlmişkən, "Neftçi" "Barsalan"dan əvvəl qrup mərhələsində Gürcüstan ərazisində yaradılmış başqa bir qondarma respublikanın – Abxaziyanın “Qudauta” klubu ilə qarşılaşıb (9:0). Həmin Abxaziya ki, Gürcüstanın şimal-qərbində separatçılar tərəfindən dövlət elan edilib, müstəqilliyini Rusiya, Nikaraqua, Venesuela, Nauru və Vanuatudan başqa heç kim tanımır.
Gürcüstan kimi Azərbaycan da tariх boyu Rusiyanın işğalçı siyasətindən əziyyət çəkib. Keçmişi bir kənara qoyaq, müasir tariximizə baxaq. Müstəqillik əldə etdiyimiz gündən Rusiyanın silahlandırdığı ermənilər minlərlə soydaşımızın ölümünə, milyonlarla insanın yurd-yuvasından didərgin düşməsinə səbəb olan müharibəyə başlayıb və Azərbaycan torpaqlarında separatçı "Dağlıq Qarabağ Respublikası"nı yaradıb. 
Bu gün Gürcüstanla Azərbaycan arasında siyasi və iqtisadi münasibətlər var, gürcülər Azərbaycanın regiondakı əsas müttəfiqi hesab olunur. "Neftçi" isə Gürcüstan ərazisində yaradılmış separatçı bir rejimin təmsilçisi ilə eyni turnirə qatılır, eyni meydanı paylaşır. Ola bilər ki, "Neftçi"nin rəhbərliyi – Çingiz Abdullayev, Elnur Məmmədov bu "siyasi quş"un mahiyyətini anlamır. Amma biz deyək, onlar da bilsin ki, böyük bir siyasi səhvdi. Tanınmamış bir "dövlət"in komandası ilə eyni turnirə qatılıb onların legitimləşməsinə yardımçı olmaq, Rusiyanın "dəyirmanına su tökmək", Gürcüstanın milli maraqlarına zərbə vurmaq ermənilərin "əlinə oynamaq" deməkdi.
Sabah Gürcüstanda bir turnir keçirilsə və "Dağlıq Qarabağ Respublika"sının komandası həmin yarışa dəvət edilsə, biz hansı reaksiyanı göstərəcəyik? Xarici İşlər Nazirliyindən tutmuş AFFA-ya qədər hamı palaz-palaz bəyanatlar verəcək, Gürcüstanı qınayacaq, hətta "Neftçi"nin rəsmi saytı da bu addımı pisləyən bəyanat yayacaq. Amma heç kim "ağ-qaralar"ın bu günlərdə Gürcüstanın milli maraqlarına zərbə vuran addımını yada salmayacaq.
Bu məsələdə "Neftçi" qədər Azərbaycanın Xarici İşlər Nazirliyi də, Rusiyadakı səfirliyimiz də, AFFA da məsuliyyət daşıyır. Dağlıq Qarabağa sıradan bir müğənninin, artistin səfəri zamanı vay-şüvən qoparan nazirlik, səfirlik və digər aidiyyatı qurumlar bu məsələdə səssiz qalmamalı, "Neftçi"nin separatçılarla eyni sırada dayanmasına imkan verməməli idi. Hər halda, biz belə düşünürük…
Bəlkə də yanalırıq, "Neftçi" bu turnirə qatılmaqla, separatçıların komandaları ilə futbol meydanında qarşılaşmaqla, onların legitimləşməsinə dəstək verməklə doğru addım atıb. Varsa bir səbəbiniz açıqlayın, biz də bilək. Yoхdusa, susun. Çünki danışdıqca daha çoх batırsınız…
Ola bilər ki, "Neftçi" rəhbərliyi "Biz turnirdə iştirak edən komandaların adlarını ora gedəndən sonra öyrənmişik" deyəcək. Amma bu bəhanə sayılmır. Əvvəla, hər bir turnirdən əvvəl iştirakçı komandalara rəqibləri barədə məlumat verilir. Yəqin ki, "Neftçi"də əvvəlcədən bu barədə məlumat alıb. Sadəcə, bazada oturub başları Emil Mpenza məsələsinə necə qarışıbsa, nə futbolla, nə də siyasətlə maraqlanırlar. Bəlkə də heç Cənubi Osetiyanın, Abхaziyanın separatçı rejim olduğunu belə bilmirlər…
(Fanat.az)
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-03 15:05

“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə

blank
Digər idman növləri2024-05-03 14:50

“Baku Open-2024” keçiriləcək

blank
Ölkə futbolu2024-05-03 14:32

“Qarabağ” 11 oyundur “Neftçi”yə uduzmur

blank
Digər idman növləri2024-05-03 14:15

Azərbaycan “Prezident Kuboku”nda altıncı medalı qazandı

blank
Ölkə futbolu2024-05-03 14:00

“Neftçi”nin riskli seçimi: lazımsız legionerlə 4 illik müqavilə bağlayırlar

blank
Digər idman növləri2024-05-03 13:45

Bu gün sonuncu yarımfinalçı müəyyənləşə bilər

blank
Əvəzedicilər2024-05-03 13:34

Əvəzedicilərin də cəzaları açıqlandı

blank
Digər idman növləri2024-05-03 13:25

Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq

blank
Ölkə futbolu2024-05-03 13:14

Üç futbolçuya dörd oyunluq cəza

blank
Digər idman növləri2024-05-03 13:07

Azərbaycan komandası “Prezident Kuboku”nda növbəti medalı qazandı

blank
I Liqa2024-05-03 13:00

I Liqanın lideri topdaşıyanlara görə cərimələndi

blank
Digər idman növləri2024-05-03 12:52

MBA-da daha iki 1/4 finalçı məlum oldu

blank
Premyer-liqa2024-05-03 12:44

“Neftçi” – “Turan Tovuz” matçı ilə bağlı sərt cəzalar

blank
Digər idman növləri2024-05-03 12:29

Basketbolda yunanların günü

blank
Digər idman növləri2024-05-03 12:15

Bakıda bədii gimnastika üzrə Avropa Kuboku start götürür

blank
Dünya futbolu2024-05-03 12:00

Lozano yenə PSV-dən ayrılır

blank
Dünya futbolu2024-05-03 11:45

“Benfika” iki vidaya hazırlaşır

blank
Ölkə futbolu2024-05-03 11:29

Het-trikə imza atdı, ən yaxşı adına namizəd oldu

blank
Ölkə futbolu2024-05-03 11:10

“Qəbələ” yetirmələri məyusdur: “Bakı”nın yaşadığı aqibəti…”

blank
Dünya futbolu2024-05-03 10:58

Avroliqada həftənin ən yaxşısı adına 2 namizəd

blank
Ölkə futbolu2024-05-03 10:35

Denis Silva “Neftçi”nin toparlanacağına inanır: “Məşqçi kimi Azərbaycana qayıtmaq əla olar”

blank
Dünya futbolu2024-05-03 10:17

Sane oynamayacaq

blank
Digər2024-05-03 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-05-03 09:45

Poçettino: “Kopperfild deyiləm”

blank
Ölkə futbolu2024-05-03 09:27

Qurbanov: “Yerli məşqçiyə güvənmək lazımdır”

blank
Dünya futbolu2024-05-03 09:10

Fransalı futbolçu AÇ-2024-ü buraxacaq

blank
Dünya futbolu2024-05-03 08:51

Messiyə daha bir mükafat

blank
Ölkə futbolu2024-05-03 08:35

“Azərbaycan çempionatı artıq tramplinə çevrilib”

blank
Dünya futbolu2024-05-03 08:17

“Tottenhem” “Çelsi”yə də uduzdu

blank
Milli komanda2024-05-03 08:00

Vay(ss) bizim halımıza?

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm