Bizi izləyin

Premyer-liqa

"Rəvan"da nadir hadisələr və ya növbəti hədəf Yunis Hüseynovdu? 

Topaz Premyer Liqasının VIII turu çempionluğa iddialı &ldqu…

blank
Topaz Premyer Liqasının VIII turu çempionluğa iddialı “Qarabağ” və “Qəbələ”nin qələbəsi ilə  əlamətdar oldu. 3 xal qazanan rəhbərlər zirvədəki mübarizəni davam etdirdilər. Başa çatan tur eyni zamanda bir sıra maraqlı məqamlara da şahidlik etdi ki, bu yazıda həmin məsələri müzakirə edəcəyik.
Şahin Diniyev onu da yola saldı
8-ci tura “Bayıl Arena”da keçirilən “Rəvan” – “Kəpəz” oyunu ilə start verildi. Bu oyun bir yolun sonu oldu. Belə ki, baş məşqçi kimi debütünü “Rəvan”da edən Emin Quliyev bu matçdan sonra  vəzifəsindən göndərildi. Əslində, “Rəvan”ın hazırkı durumunda ən az günahkar bəlkə də, Emin Quliyevdir. Son anda elitada oynayacağı dəqiqləşən, normal heyət qura bilməyən “Rəvan”dan əlahiddə nə gözləmək olardı ki? Emin Quliyevlə yanaşı, Rövşən Babayev, Asif Ramazanov və Rauf Mehdiyevlə də əməkdaşlığa son qoyuldu. Maraqlı məqam ondan ibarətdir ki, mövsümün ikinci baş məşqçi istefası da “Kəpəz”lə oyundan sonra reallaşdı. Əvvəlcə “Sumqayıt”dan Aqil Məmmədovu yola salan Şahin Diniyev bu dəfə “aslanlar”da Emin Quliyev dönəminə son qoydu. Növbədə kimdir? “Xəzər Lənkəran”?  Yunis Hüseynovun cənub klubundan getmək ehtimalı isə hazırda praktiki olaraq yoxdur. Həm də doğma torpaq – Gəncə Hüseynovun kürəyini yerə gətirməz. 
Sarı-qırmızı rəngə uyğun 
Turun ilk oyunu eyni zamanda göstərdi ki, “Rəvan”da nizam intizam nəinki aşağı səviyyədədir, ümumiyyətlə yoxdur. Fakt isə bir oyunda komandanın 3 qırmızı vərəqə almasıdır. “Rəvan”ın hər 3 oyunçusu ikinci sarı vərəqədən sonra göstərilən qırmızı vərəqə ilə meydançadan qovulmaqla  klubun öz rənglərinin harmoniyasını yaratmış oldu. Məlumat üçün xatırladaq ki, yaxın keçmişdə bir komandanın 3 oyunçusunun meydançadan qovulmasına nadir hallarda rast gəlinib. 
“Zirə”nin ilk məğlubiyyəti
8-ci turdan sonra çempionatda  “Zirə” tilsimi”nə son qoyuldu. Avropa Liqasının qrup mərhələsində oynayan “Qarabağ” son illərin ən uğurlu debütantı “Zirə”ni məğlub edərək çempionatın məğlubiyyətsiz yeganə komandası kimi yola davam etdi. Halbuki, Qurban Qurbanov “Zirə”yə qarşı oynayan komandanın heyətində çox sayda dəyişiklik etmişdi. Reynaldo, Dani, Maksim, Qara, Rəşad Sadıqov kimi futbolçular bu və digər səbəbdən meydançada yox idilər. Buna rəğmən, oyunun ilk dəqiqələrindən səviyyə fərqi özünü göstərdi və “Qarabağ” “Zirə”ni böyükhesabla məğlub etməyi bacardı. Oyunun ikinci hissəsində “Zirə”nin bir qədər fəallaşması isə, məncə, hesabın “Qarabağ”a verdiyi rahatlıqdan irəli gəlirdi. 
Bombardir dəyişikliyi və böyük dönüş
8-ci turda “Qarabağ”ı kapitan kimi oyuna Almeyda çıxarmışdı. Həmin matçda əsl lider kimi davranan braziliyalı yarımmüdafiəçi 2 qol vuraraq, qələbədə böyük pay sahibi olmaqla yanaşı, həm də Topaz Premyer Liqasında bombardirlik yarışında zirvəyə çıxdı. Bu oyunun özəlliklərindən biri isə sözsüz ki, Çumbinyonun qayıdışı idi. Aylar sonra geri dönən braziliyalının əvvəlki xidmətlərini, oyun gözəlliyini nəzərə alsaq, hər birimiz ona “xoş gəldin” deməliyik.
Samir Əliyevin qəti fikrini durultdular
İndiki məqamda “Qəbələ”nin “Neftçi”ni məğlub etməsində qəribə heç bir şey yoxdur. Nəzərə alaq ki, “Qəbələ” indi kifayət qədər güclüdür, Avropa Liqasının qrupunda mübarizə aparır, komandaya da məhz tarixinə görə yox, daha çox indiki durumuna görə qiymət vermək lazımdır. Roman Qriqorçuk həmin oyundan sonra keçirilən mətbuat konfransında çox yaxşı bir söz işlətdi. “Tablodakı rəqəmlər sənin oyununun əksidir”. Kifayət qədər məntiqli bir sözdür. Mübarizəni sona qədər aparan həmişə qalibdir. Ola bilər ki, “Qəbələ” həmin gün 3 xalı pis oyun fonunda qazandı. Amma nəticədə gərgin qrafik vaxtı  əldə olunan 3 xal çox məsələnin üstündən xətt çəkir. 
Oyundan sonra məğlub komandanın baş məşqçisi Samir Əliyev istefa verdiyini açıqladı və fikrinin qəti olduğunu bildirdi. Amma 2 saat sonra bazadan çıxan səs onu göstərdi ki, Samir Əliyevin fikrini duruldublar. Məncə, Samirin fikrinin üstündə durmamasını qabartmaq lazım deyil. İsti başla verilən qərarlar həmişə səhv olur. İndiki məqamda Samir Əliyevin “Neftçi”də qalması ən düzgün olandır.  
Tərlan Əhmədovun yubileyi yağmurlu-günəşli məkanda korlandı
Turun ən bolqollu oyunlarından biri Lənkəranda reallaşdı. Əslində, 1 gün öncə verilən proqnozlarda matçın baş tutmaq ehtimalının az olduğu deyilirdi. Lakin “Xəzər Lənkəran” – AZAL görüşündə vurulan 4 qolu yağış yox, günəşin öləziyən şuaları  müşayiət etdi. Bu dəfə çox sakit olan fırtınalar meydanında AZAL-ı vuran “Xəzər Lənkəran” qələbə sayəsində “Qəbələ” biabırçılığına müəyyən qədər don geyindirmiş oldu. Çempionatın ən uğursuz iki komandasından biri olan AZAL isə növbəti məğlubiyyətlə barışdı. Bu məğlubiyyət Tərlan Əhmədovun yubileyini də korladı. Onu da vurğulayaq ki, Əhmədov AZAL-ın baş məşqçisi kimi yubiley – 50-ci oyununa məhz məşqçiliyə başladığı Lənkəranda çıxdı. Onu “Olimpik Şüvəlan”da karyerasını bitirdikdən sonra Ağasəlim Mircavadov Lənkərana aparmışdı. 
Samir Abasov kapitanı olduğu komandaya qarşı oyunda debüt etdi
Turun son görüşü olan “Sumqayıt” – “İnter” matçı isə Samir Abasovun Premyer Liqada baş məşqçi kimi debüt etməsi ilə əlamətdar oldu. Debütündə 1 xal qazanan Samir Abasov bunu vaxtilə oynadığı “İnter”ə qarşı matçda reallaşdırdı. Samir “İnter”də uzun müddət oynamış, hətta komandanın kapitanı da olmuşdu. Lakin sonda komandadan problemli şəkildə ayrılmış və hətta buna görə FİFA-nın qapısını da döymüşdü. Həyatda hər şey olur. Kim bilirdi ki, Samir Abasov baş məşqçi kimi ilk xalını vaxtilə xallar qazanması üçün sona qədər mübarizə aparmış “İnter”dən qoparacaq?
TİMUÇİN
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-22 00:08

“Bayer” “Borussiya”ya da uduzmadı

blank
Dünya futbolu2024-04-21 23:53

“Liverpul”dan səfərdə inamlı qələbə

blank
Dünya futbolu2024-04-21 23:37

Finalda Mançester derbisi olacaq

blank
Dünya futbolu2024-04-21 23:24

Rahil Məmmədovun komandası “Lex”ə uduzdu

blank
Dünya futbolu2024-04-21 23:16

Renatlı “Hatayspor” uduzdu, “Qalatasaray” qalib gəldi

blank
Premyer-liqa2024-04-21 22:41

“Oyun planında komandaya etirazım yoxdur” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-04-21 22:24

“Oyunçular tapşırıqları maksimum yerinə yetirdilər” – Şahin Diniyev

blank
Premyer-liqa2024-04-21 21:59

“Araz-Naxçıvan” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Əvəzedicilər2024-04-21 21:25

“Qarabağ-2” məğlubiyyətə üzüldü

blank
Premyer-liqa2024-04-21 20:55

“Səbail” “Araz-Naxçıvan”a qalib gəldi

blank
Premyer-liqa2024-04-21 20:21

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Ölkə futbolu2024-04-21 20:00

Büdrəyən olmadı, bir oyun baş tutmadı

blank
Premyer-liqa2024-04-21 19:38

“İkinci hissədən məmnun deyiləm” – Renduliç

blank
Premyer-liqa2024-04-21 19:19

“Gələn oyunlara köklənməliyik” – Adil Şükürov

blank
Digər idman növləri2024-04-21 18:58

Azərbaycanın gimnastika millisi Praqada gümüş medal qazandı

blank
Premyer-liqa2024-04-21 18:26

“Kəpəz” “Sabah”a məğlub oldu

blank
Digər idman növləri2024-04-21 17:54

Azərbaycan çempionatının qalibləri müəyyənləşdi

blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm