Bizi izləyin

Ölkə futbolu

Həkimsiz “Kəpəz”, İsmayılovun söyüşü və milli məşqçilərinin biganə qaldığı U-19 liqası

 

Futbolun kütləviliyini düşünən AFFA-nın m…

blank
 
Futbolun kütləviliyini düşünən AFFA-nın müxtəlif yaşlı uşaqlar üçün ayrı-ayrı liqalar təşkil etməsi təqdirəlayiq haldı. Təəssüf ki, bu liqalarda bir çox problemlər var və həllini gözləyir. Regional futbol federasiyalarının fəaliyyətsizliyi, eləcə də klubların bu layihəyə lazımınca diqqət yetirməməsi bir yana, yarışın təşkilatçıları da bir sıra qüsurlardan xali deyil.
 
Futbolinfo.az mütəmadi olaraq uşaq liqalarına diqqət yetirir, yarışları işıqlandırır. Bu gün “İnter Arena”nın 4-cü meydançasında baş tutan “İnter” – “Kəpəz” oyununa da bu məqsədlə yollanmışdıq. U-19 Liqasında keçirilən oyunu canlı izləyib təəssüratlarımızı sizə çatdırmağı lazım bildik.
 
Oyun 5:0 hesabıyla bitdi: ilk yarıya qolla başlayan meydan sahibləri fasilədən sonra yorğun rəqibi asanlıqla yendi. Amma bu, heç də “Kəpəz”in aşkar zəifliyi və ya “İnter”in güclü olması kimi qəbul edilməməlidi. Paytaxta oyun günü gələn gəncəlilərin 6 saatlıq yol yorğunluğundan sonra möcüzə etməsi mümkün deyildi. Klub rəhbərliyinin diqqətsizliyi üzündən güclü “İnter”in qabağına “yeyilmək üçün” atılan qonaq futbolçuların gücü bir hissə ayaq üstə qalmağa yetdi.
 
Oyuna gəlincə, ilk hissə komandalar haqda fikir bildirmək üçün kifayət edirdi. İntizamlı, atletik futbola üstünlük verən “İnter” əsas komandanı xatırladırdısa, “Kəpəz” də çox maraqlı kollektivdi. Tipik əyalət komandasını xatırladan Gəncə klubunda istedadlı uşaqlar var, ancaq onlara daha yaxşı şərait yaradıb bir az da “rəndələmək” lazımdı. Ümumiyyətlə, hər iki komandada istedadlı uşaqlar çoxdu və onları 1-2 ilə Premyer Liqada görəcəyimizə şübhəniz olmasın.
 
Təşkilati qüsurlar
  • Oyun U-19 Liqasının matçı olsa da, stadionda bunu bildirən hər hansı əlamət yox idi. Hətta meydanın kənarında U-17 liqasının nimdaş, köhnə bannerlərinin vurulması fərqli təəssürat da yaradırdı. AFFA mütləq bunu nəzərə almalıdı.
  • Matçda AFFA-dan kimsəni görmədik. Halbuki təşkilatçının nümayəndəsinin olması vacib idi. Hakimlərin işinə də kimsə qiymət vermirdi. Çünki oyunu idarə edənlərin kifayət qədər qüsuru var idi və onlara kimsə nəzarət etmirsə, inkişaflarından danışmaq mümkün deyil. Bəlkə elə bu səbəbdən idi ki, laysmanla 4-cü hakim oyunun gedişində “İnter”in sponsoru Beynəlxalq Bankın problemlərindən, kreditlərdən danışırdılar.
  • Təşkilatşılar hər nə qədər bütün oyunlardan çəkiliş aparıldığını qeyd etsə də, bu, ağ yalandı. Oyuna göndərilən fotoqrafla operator yalnız 19-cu dəqiqədə stadionda göründü və bir-iki “kadr götürüb” hissə bitməmiş yoxa çıxdılar. Klublar da oyunları lentə almırdı. Bu isə o deməkdi ki, komandaların oyunu təhlil etmək, onların səhvini başa salmaq üçün əldə heç bir əyani vəsait olmayacaq. Halbuki bu yaşda uşaqlar üçün bu, olduqca vacib amildi.
  • Videooperatorun 10-15 dəqiqəlik çəkilişi yekunlaşdırıb gedərkən “İnter”in məşqçisindən “bu, hansı oyun idi” deyə soruşması maraqlı epizod idi. Bu onu göstərir ki, onlar hansı oyuna gəldiklərini belə bilmirlər, sadəcə, stadionlara göndərilirlər. Onlara nəzarət olmadığından 1-2 dəqiqəlik süjet hazırlayıb iş gününü yola verirlər.
 
Klubların günahı
  • “İnter”dəki aclıq uşaq komandalarında daha çox hiss olunur. Əksər futbolçular cırıq formalarda oynayırdı. İmkanı olanların təzə, digərlərinin dəfələrlə istifadə olunmuş geyimlərə bürünməsi həmən diqqəti cəlb edirdi.
  • Oyunda klublardan nümayəndələr var idi. Ancaq onları nəsə bir qeyd edən, hansısa problemlə maraqlanan görmədik. Sanki tamaşaçı kimi “İnter Arena”ya gələn rəsmilər məşqçilərin işinə qarışmaqla, futbolçulara göstəriş verməklə “seçilirdilər”.
  • “İnter”in 19 yaşlılarına rəhbərlik edən Arif Əmirxanovun işi daha çox idi. İnzibatçısı, köməkçisi olmayan baş məşqçi oyun ərzində kənara vurulan topların arxasınca qaçmaqla məşğul oldu. Hər dəfə top stadiondan kənara düşüncə əhvalı korlanan çalışdırıcı onlar tapılana kimi həyəcan keçirir, ehtiyatda oturanları “mərmi”ni tapmaq üçün göndərirdi. Meydan sahibi kimi “oyunu topla təmin etməli olan” Arif bəyin matç bitincə topları saydığını, 4-nün də yerində olduğunu görəndən sonra dərin bir ah çəkdiyini görmək maraqlı idi.
  • Əmirxanovun oyun boyu yeniyetmə futbolçuların eşitməsi məqbul bilinməyən, amma ümumişlək sözlərə çevrilən ifadələrdən yararlanması hardasa başadüşüləndi. Ancaq “Kəpəz”ə rəhbərlik edən Fuad İsmayılovun epizodların birində yetirməsini “Donquz oğlu donquz” (donuz yox ha – red.) deyə təhqir etməsi heç yaraşmadı.
 
Ümumi bəla
  • Azərbaycan sanki gənclər yığması bir neçə gün öncə Avstriyada 0:7 hesabı ilə məölub olan ölkə deyil. Elə olmasaydı, bu matçı “Qəbələ” akademiyasının məşqçisi İsmayıl Əliyevlə yanaşı, milli məşqçiləri də izləyərdi. Xüsusilə Yaşar Vahabzadənin və ya köməkçilərindən kiminsə bu oyunda olması vacib idi. Axı, bu futbolçular gələn il U-21-ə namizədlər sayılacaq. Görünür, dünən AFFA-nın etdiyi xəbərdarlıq heç onun vecinə də deyil və ya bu turnur boşuna keçirilir, Vahabzadə yuxuda gördüyü oyunçuları milliyə dəvət edəcək. Deyək ki, “İnter” göz önündədi, futbolçularını tez-ez görür, axı, Gəncə klubunda diqqətə düşməyə layiq oyunçular var. Onsuz da bölgələrə gedən deyilsiz, heç olmasa, Bakıdakı oyunlarda onlara diqqət edin.
  • Oyunda barmağı çıxan “Kəpəz” futbolçusu təcili “İnter”in ehtiyat oyunçular skamyasına qaçdı. Sonra bəlli oldu ki, gəncəlilərin həkimi də yoxdu. Elə bu səbəbdən qonaq futbolçuya “İnter”in həkimi yardım göstərdi. Ən pisi o idi ki, oyun bitənə kimi 10-15 dəqiqə ərzində “Kəpəz”dən kimsə yaxınlaşıb onunla maraqlanmadı da.
  • İlk hissənin gedişi vaxtı bir epizod da diqqətimdən qaçmadı. “İnter”in bir üzvü ehtiyat oyunçuların məşq etdiyi yerdə dayanıb, əllərini göyə açaraq dua edirdi. O, heç də bunu komandası üçün etmirdi, sadəcə, oyun namaz vaxtına təsadüf etdiyindən borcunu bu cür ödəyirdi. Din, etiqad yaxşıdı, amma həmin oyunçu bu yaşında gələcəyini düşünsə, daha yaxşı olar, ehtiyatda qalmazdı. Hamının qərarına hörmətlə yanaşıram, amma bu, mənim şəxsi düşüncəmdi.
 
CAVAD
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-19 15:16

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-05-19 15:12

“Dream-team”in məşq yeri məlum oldu

blank
Digər idman növləri2024-05-19 14:55

Barselona 2025-ci ildə Avroliqanın mərkəzi ola bilər

blank
Digər idman növləri2024-05-19 14:37

“Maklaren” sürücüsü cərimələndi

blank
Ölkə futbolu2024-05-19 14:20

“Sabah”ın U-15 komandası Antalyada 4-cü oldu

blank
Digər idman növləri2024-05-19 14:05

Usik Holifildin rekordunu təkrarladı

blank
Digər idman növləri2024-05-19 13:51

Şvyontek 10-cu “Masters”ini qazandı

blank
Digər idman növləri2024-05-19 13:36

Azərbaycan kikboksçusu 11-ci dəfə Dünya Kubokunun qalibi oldu

blank
Digər idman növləri2024-05-19 13:28

MBA-da daha bir yarımfinalçı məlum oldu

blank
Digər idman növləri2024-05-19 13:16

Azərbaycan cüdoçularından Avropa Kubokunda 2 medal

blank
Digər idman növləri2024-05-19 12:54

Voleybol məşqçiləri üçün seminar keçirilib

blank
Digər idman növləri2024-05-19 12:35

Cüdoçularımız dünya çempionatında mübarizəyə başlayır

blank
Digər idman növləri2024-05-19 12:17

Bu gün final seriyasının ikinci oyunu keçiriləcək

blank
Digər idman növləri2024-05-19 11:56

Millimiz növbəti sınağına çıxır

blank
Dünya futbolu2024-05-19 11:49

Krivotsyukun komandası evdə xalsız qaldı

blank
Dünya futbolu2024-05-19 10:59

38-ci dəfə çempion oldular

blank
Ölkə futbolu2024-05-19 10:44

Mahirin 2024-cü ildə ilk oyunu

blank
Premyer-liqa2024-05-19 09:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-05-19 08:00

Hər şey son tura qaldı

blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm