Ölkə futbolu
"Qəbələ" üçün yeni hücumçu: Keçid qışda baş tuta bilər
Ukrayna millisinin və "Dnepr" klubunun hücumçus…
Ukrayna millisinin və "Dnepr" klubunun hücumçusu Yevgeni Seleznyov "Qəbələ"yə keçə bilər. Futbolinfo.az xəbər verir ki, bu barədə "Sportanalytic" nəşri xəbər yayıb.
Mənbədə bildirilir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk bu futbolçunu sərəncamında görmək istəyir. 30 yaşlı hücumçunun klubla olan müqaviləsi 2016-cı ilin yayında başa çatır. Yeni anlaşma istiqamətində "Dnepr"lə futbolçu arasında danışıqlar aparılmır. Bu isə Seleznyova yanvarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı verir. Karyerasını davam etdirmək üçün onun daha statuslu variantlarının olduğu bildirilir.
Luis Adrianonun İtaliya "Milan"ına keçidindən sonra hücum xəttində problem yaşayan "Şaxtyor" da onu qaytara bilər. Türkiyənin "Fənərbağça" və "Trabzonspor", Yunanıstanın "Olimpiakos" və Rusiyanın "Krasnodar" klubları da təcrübəli forvarda maraq göstərir. Oyunçunun necə seçim edəcəyi isə maraqla gözlənilir.