Premyer-liqa
Polisin saxladığı "Neftçi" fanatı ilə bağlı yeni məlumat
Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 10-cu turu çərçivəsində keçirilən “Neftçi” – “İnter” matçında baş verən qalmaqal haqqında yazmışdıq. Futbolinfo.az xəbər verir ki, buna səbəb “Forza Neftçi” fan-klubu üzvlərinin qolu çılğınlıqla qeyd etməsi olub.
Belə ki, sözügedən azarkeşləri polis tribunadan uzaqlaşdırıb və onlardan biri saxlanılaraq, şöbəyə aparılmışdı. Həmin tutulan azarkeşin sonrakı taleyi ilə bağlı klubunun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulovdan maraqlandıq: "Dünənki matçda “Forza Neftçi” fan-klubunun üzvü İlkin Sadıqov pirotexniki vasitənin istifadəsi səbəbindən saxlanılıb. Təbii ki, bu cür vasitələrdən istifadə klubun da cərimələnməsi ilə nəticələnir və istəməzdik ki, oxşar hallar təkrarlansın. Bununla belə azarkeşimizin müqəddəratı bizim üçün önəmlidir. Klubun azarkeşlərlə iş üzrə koordinatoru Kənan Hənifəyev birbaşa olaraq məsələ ilə maraqlanıb. Nəticədə izahat alındıqdan sonra həmin azarkeş bölmədən buraxılıb. Sonda onu da qeyd etmək istəyirəm ki, biz azarkeşlərimizin yanındayıq, onların dəstəyinə hər zaman ehtiyacımız var”.
Qeyd edək ki, “Neftçi” – “İnter” qarşılaşması 1:1 hesabı ilə başa çatıb.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”