Ölkə futbolu
UEFA Xorvatiyanın oyununu azərbaycanlı hakimlərə tapşırdı
Azərbaycanlı hakimlər beynəlxalq oyuna təyinat alıb. Futbolinfo….
Azərbaycanlı hakimlər beynəlxalq oyuna təyinat alıb. Futbolinfo.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 6-cı qrupunda keçiriləcək Xorvatiya – San Marino oyununu Orxan Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Onun köməkçiləri Yaşar Abbasov və Vaqif Musayev olacaq. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.
Qeyd edək ki, UEFA bayrağı altında təşkil olunacaq qarşılaşma noyabrın 11-də baş tutacaq.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-22 08:00
İddialıların “autsayder ovu”
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…