Premyer-liqa
Zirədə müəmmalı durum: Şükürovun sözünü kim kəsdi?
Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. Futboli…
Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Zirə" doğma arenada "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib.
Zirə İdman Kompleksinin stadionundakı qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında gülməli hadisə baş verib. Belə ki, meydan sahiblərinin baş məşqçisi Adil Şükürov açıqlama verərkən, zala gözlənilməz qonaq gəlib. Belə ki, matçda yanğın təhlükəsizliyinə cavabdeh olan Fövqəladə Hallar Nazirliyinin hərbi formalı əməkdaşı zala daxil olaraq, konfransı yarı bölüb. Kimdən icazə alacağını bilməyən hərbi formalı şəxs Şükürovun söhbətini yarımçıq bölərək, klubun mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlundan getmək üçün icazə istəyib. Bu, məşqçinin və jurnalistlərin gülüşünə səbəb olub.