Premyer-liqa
Samir Əliyev: "İstefa qərarımın üstündə durmadığıma görə peşmanam"
Bu gün Topaz Premyer Liqasında 12-ci turun növbəti oyunlar…
Bu gün Topaz Premyer Liqasında 12-ci turun növbəti oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" öz meydanında "Rəvan"a 2:3 hesabı ilə uduzub.
"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Samir Əliyev məğlubiyyəti belə şərh edib:
“Adətən, belə məğlubiyyətlərdən sonra nəsə danışmaq çətindir. Fikrimcə, rəqibi yaxşı dəyərləndirə bilmədik, motivasiya aşağı səviyyədə idi. Günahkar mənəm və məsuliyyəti üzərimə götürürəm. Müqayisə aparsaq, heyətimiz “Rəvan”dan heç də zəif deyil. “Rəvan” udulası rəqib idi, sadəcə, rəqibi dəyərləndirmədik. Ardıcıl məğlubiyyətlərdən sonra oturub, dərindən fikirləşəndə istefa qərarımın üstündə durmadığıma görə içimdə bir peşmanlıq hissi var. Belə oyunla, belə nəticələrlə avrokuboklar bizim üçün xəyal olaraq, qalacaq”.