Müsahibə
Ruslan Qurbanov: "Kim olduqlarını soruşmayın, ad çəkməyəcəm"
bu gün Topaz Premyer Liqasının 12-ci turunu çərç…
bu gün Topaz Premyer Liqasının 12-ci turunu çərçivəsindəbaş tutan “Neftçi” – “Rəvan” (2:3) matçından sonra “ağ-qaralar”ın hücumçusu Ruslan Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
– Həmişə demişəm ki, Azərbaycan çempionatında zəif rəqib yoxdu, hər bir komandaya qarşı ciddi hazırlaşmaq lazımdı. Hətta bu oyunun “Qarabağ” və ya “Qəbələ”yə qarşı matçlardan da çətin olacaq.
– Azarkeşlərin reaksiyası ilə bağlı nə deyə bilərsən? Matçın sonunda onlarla dialoqun oldu…
– İndi çətin vəziyyətdəyik. Azarkeşlər etiraz etməkdə haqlıdılar, onlar bizdən nəticə tələb edirlər. Fanatlara "çox sağ ol" dedim ki, bizə dəstək oldular və növbəti oyunlarda onları sevindirməyə çalışacağımızı bildirdim.

– Bayaq qeyd etdin ki, çempionatda zəif komanda yoxdu. Amma “Neftçi” də çempionatda top-komandalardan olub…
– “Neftçi” autsayder olmayacaq, buna əminəm. “Xəzər Lənkəran”a qarşı oyuna yaxşı hazırlaşıb, uğur qazanmağa çalışacağıq. Heç kimi günahlandırmaq istəmirəm, bütün komanda uduzub. Amma bəzi futbolçular 100 faizlik oyun nümayiş etdirmirlər. Amma kim olduqlarını soruşmayın, ad çəkməyəcəm.

– Ad çəkməsən də, meydandakı oyundan bu sözləri legionerlərə dediyin görünür…
– 2 dəqiqənin için 2, 5 dəqiqənin içində isə 3 qol buraxmaq olmaz…
– 2 dəqiqənin için 2, 5 dəqiqənin içində isə 3 qol buraxmaq olmaz…
– “Neftçi” geridə qalan 12 tur ərzində cəmi 3 oyunda qələbə qazanıb. Hər şeyin yaxşı olacağı ilə bağlı əminlik səndə hardandı?
– Ürəyim bunu deyir, hiss edirəm. Dekabrdan sonra vəziyyət yaxşı olacaq.
– Ürəyim bunu deyir, hiss edirəm. Dekabrdan sonra vəziyyət yaxşı olacaq.
– Amma baş məşqçi Samir Əliyev oyunsonrası mətbuat konfransında belə oyunlar avrokuboklara vəsiqə qazanmağın onlar üçün xəyal olduğunu bildirdi…
– Vəziyyətimizi yaxşılaşdıracağıq. Samir Əliyevi sevindirməyə çalışacağıq. Qarşıda “Kəpəz” və “Zirə” ilə oyunlarımız da qalıb. Əgər bu görüşlərdə qalib gəlsək, vəziyyətimiz yaxşılaşacaq, avrokuboklara düşmək üçün vəziyyətimizi yaxşılaşdıracağıq.

– “Neftçi”nin hazırda bu vəziyyətdə olmasının konkret günahı kimdədi: rəhbərlik, məşqçilər, yoxsa futbolçular?
– Futbolçular.
– Futbolçular.
– Bəzi futbolçuların meydanda can qoymadığını bildirdin. Səncə, ola bilərmi ki, həmin futbolçular baş məşqçini dəyişmək üçün belə edirlər?
– Əgər belə futbolçular varsa, ilk növbədə onlar komandadan uzaqlaşdırılacaq. Baş məşqçinin günahı yoxdu. O, həmişə bizi qarşılaşmalara ciddi hazılaşmalı olduğumuzu deyir. Rəhbərlik isə həmişə bizə dəstək olur.

– Azarkeşlər bəzi futbolçuları oyunu "satmaq"da, sən isə meydanda var gücləri ilə çıxış etməməkdə günahlandırdın. “Neftçi”nin hər hansı futbolçusunun oyunu satması ilə bağlı qənaətə gəlmək olarmı?
– Belə bir şey yoxdu, buna inanmıram.
– Belə bir şey yoxdu, buna inanmıram.
– Bəs bəzi futbolçuların imkanlarından aşağı oynamasının səbəbini nədə görürsən?
– Bəlkə, bəzi futbolçular fikirləşir ki, heyətimiz geniş deyil və asanlıqla "ilk 11-liyə düşəcəklər. Bu sözlər mənə də aiddi. Əgər yaxşı oynamasam, heyətə düşə bilməyəcəm. Yenə də dekabrı gözləyək, sonra yaxşı olacaq.

– Həmin vaxt gec olmayacaq?
– Əlbəttə, gec olacaq.Çalışacağıq ki, qış fasiləsinə kimi çox xal qazanaq. “Sumqayıt”la oyunun dönüş nöqtəsi olacağını gözləyirdik amma alınmadı.
– Əlbəttə, gec olacaq.Çalışacağıq ki, qış fasiləsinə kimi çox xal qazanaq. “Sumqayıt”la oyunun dönüş nöqtəsi olacağını gözləyirdik amma alınmadı.
ELMAR ABDULLA-ZADƏ
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”