Ölkə futbolu
Müdafiəçimiz üçün 36 dəqiqə
Ötən gün Türkiyə PTT 1-ci Liqasında 11-cu turun oyun…
Ötən gün Türkiyə PTT 1-ci Liqasında 11-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti oyununa çıxıb.
Adıçəkilən komanda öz meydanında "Alanyaspor"la üz-üzə gəlib. Görüş ev sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Budak isə 36-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Qaziantep BB" 18 xalla 4-cü pillədə qərarlaşıb.