Ölkə futbolu
Müdafiəçimiz oynadı, komandası uduzdu
Ötən gün Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyun…
Ötən gün Türkiyə PTT 1-ci Liqasında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuq Budakın şərəfini qoruduğu "Qaziantep BB" də növbəti oyununa çıxıb.
Adıçəkilən komanda səfərdə "Karabükspor"la üz-üzə gəlib. Görüş qonaqların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Budak isə sona qədər mübarizə aparıb.
Qeyd edək ki, "Qaziantep BB" 18 xalla 5-ci pillədə qərarlaşıb.