Premyer-liqa
"Xəzər Lənkəran"da fasilə bitdi
Topaz Premyer Liqasının 14-cü turu çərçivəsind?…
Topaz Premyer Liqasının 14-cü turu çərçivəsində “Zirə”nin qonağı olacaq “Xəzər Lənkəran” hazırlıqlarına başlayır. Futbolinfo.az xəbər verir ki, "Neftçi"yə məğlubiyyətdən sora iki günlük istirahətə buraxılan "ağ-yaşıllar" bu gün klubun bazasında məşqlərə start verəcək.
Çalışmalarını doğma şəhərdə davam etdirən Lənkəran təmsilçisi ayın 27-də sözügedən matç üçün Bakıya gələcək.
Bundan əlavə, ötən oyunlarda olduğu kimi, zədəli Adrian Skarlatake və Orxan Əliyev "qartallar"la matçı da buraxmalı olacaq. Rumın müdafiəçi Lənkəranda müalicəsini davam etdirir. Əliyev isə 1 həftə öncə paytaxda – Mərkəzi Gömrük Hospitalında əməliyyat olunub. Hücumçu qış toplanışında komandaya qoşulacaq.