Bizi izləyin

Müsahibə

Millimizin baş məşqçisi: "Yoldaşlıq oyunu keçirməməyimiz məni narahat edir"

Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino P…

blank
Futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Tino Perez AFFA-nın saytına müsahibə verib. Futbolinfo.az sizi həmin mətnlə tanış edir:
– Dünya çempionatının əsas mərhələsinə hazırlıq necə gedir?
– Noyabrın 23-dən təlim-məşq toplanışına başlamışıq. Əsasən fiziki hazırlığı yüksəldəcək məşqlərə üstünlük veririk. Çünki bu cür təlim-məşq toplanışını xeyli əvvəl keçmişik. İndi buna ehtiyac var. Taktiki planda çalışmalara da vaxt ayırırıq. Heyətə 3 yeni futzalçı dəvət etmişik. Onların komandaya uyğunlaşması üçün bu vacibdir.

 
– Futzalçıların durumu sizi nə dərəcədə qane edir?
– Oyunçuların hazırkı vəziyyətindən razıyam. Əhval-ruhiyyəmiz də yaxşıdır. Yeni oyunçuların komandaya qoşulması həm yeni nəfəs gətirir, həm də rəqabət yaradır. Düşünürəm ki, yeni qoşulanlar da komandaya kömək edə biləcək.

 
– Sizi daha çox hansı problemlər narahat edir?
– Komandanın hazırlıq keçməsi üçün normal şərait yaradılıb. Amma hansısa ölkənin yığması ilə yoldaşlıq oyunları keçirə bilməyəcəyik. Bu da məni narahat edir. Halbuki oyun təcrübəsi çox olmalıdır. Məşq başqa, oyun başqadır. Məşq prosesindəki psixoloji durumla oyundakı ab-hava fərqli olur. Təsəvvür edin, bina tikmək üçün hər cür materialınız var. İlk işiniz bünövrəni möhkəm qurmaq olmalıdır. İdmanda da təməl psixoloji durumdur. Bunu düzəldə bilsək, oyunlarımız da yaxşı alınacaq. Çalışırıq ki, bu boşluğu doldurmaq üçün milli çempionatda çıxış edən klubların üzvlərindən ibarət yığma ilə qarşılaşaq. Oyun noyabrın 29-da və ya 30-da keçiriləcək.

 
– Psixoloji hazırlıqla özünüz məşğul olursunuz, yoxsa kənardan psixoloq dəvət edəcəksiniz?
– Bu problemi yoluna qoymaq üçün çoxlu oyun keçirmək lazımdır. Məşq prosesində uşaqlar bir-birini yaxşı tanıdığından, verdiyin tapşırığı yerinə yetirirlər. Amma başqa rəqibə qarşı oynayanda məşq prosesində görmədiyini orada aşkarlayırsan.
  
– DÇ-nin seçmə mərhələsindəki rəqiblər haqda hansı məlumata sahibsiniz?
– İsveç millisi haqda geniş məlumatım yoxdur. Çünki bu komanda aşağı mərhələdə çıxış edib. Amma Xorvatiya və Belarus yığmalarının nəyə qadir olduğunu bilirəm. Meydan sahiblərinin son 2 oyununu izləmişəm. Onlar noyabrın 29-da və dekabrın 1-də Yaponiya millisi ilə yoldaşlıq oyunu keçirəcəklər. Həmin oyunları da diqqətdə saxlayacağam. Ümumi götürdükdə, xorvatlar doğma meydanda çıxış edəcək, heyətlərində təcrübəli futzalçılar çoxdur və əksər oyunçuları tanınmış klubların formasını geyinirlər. Belarus yığması ilə fevralda və avqustda yoldaşlıq oyunlarında qarşılaşmışıq. Bu komandanı daha yaxşı tanıyırıq.
 
– Qrup mərhələsinin təqvimini necə, yığmamız üçün münasib saymaq olarmı?
– Çox münasibdir. İlk oyunda İsveç millisi ilə qarşılaşacağıq. Birinci oyunlar hər zaman çətin keçir – təzyiq, həyəcan olur. İkinci oyuna daha yaxşı hazırlaşırsan. Güclü rəqiblə birinci oyunda qarşılaşmaqdansa, sonuncu görüşdə üz-üzə gəlmək daha münasibdir.

 
– Şansları necə qiymətləndirirsiniz?
– Komandaların hamısının şansı var. Hər oyuna final matçı kimi yanaşacağıq. Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə mütəmadi vəsiqə qazansa da, dünya çempionatında iştirak etməyib. Çünki Avropa çempionatına gedən yol nisbətən asandır. Amma dünya çempionatının finalına yüksəlmək üçün qrup mərhələsini minimum ikinci pillədə başa vurmalısan. Daha sonra püşk atılacaq  və qrup mərhələsini 1-ci pillədə başa vuran komandalar 2-ci sırada yer alanlarla pley-off oyunlarına çıxacaq. İndi diqqətimizi bu 3 oyuna yönəltməli və pley-off mərhələsinə vəsiqə qazanmalıyıq.
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Digər idman növləri2024-05-03 17:31

Qazaxıstan qran-prisi bu dəfə selə görə təxirə salındı

blank
Digər idman növləri2024-05-03 17:17

“Prezident Kuboku”nda üçüncü günün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-03 17:00

Azərbaycan “Prezident Kuboku”nu doqquz medalla başa vurdu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm