Ölkə futbolu
“İnter” 3 ayın güdazına gedib
UEFA-nın Maliyyә Araşdırmalar Departamentinin Bakı “İnter&…
UEFA-nın Maliyyә Araşdırmalar Departamentinin Bakı “İnter”i haqqında təhqiqatlar apardığı haqda yazmışdıq. Futbolinfo.az xəbər verir ki, buna səbəb paytaxt təmsilçisinin külli miqdarda borcunu olmasıdı.
Məsələ ilə bağlı sözügedən klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq. O, saytımıza açıqlamasında bunları dedi: “Düzü, şikayət olunacağmızı bilirdik. Bu işlə bağlı hüquqşunaslarımız məşğul olacaq. Açığı, məsələnin detallarından tam xəbərim yoxdu. Araşdırmalara səbəb ötən mövsüm komandada çıxış edən futbolçulara mart, aprel və may aylarının maaşının ödənilməməsidi. Heyətdə təxminən futbolçular və texniki presonalla birlikdə 35 nəfər qeydolunan ayların maaşlarını almayıb”.
Klub rəsmisi borcun nə qədər olmağı ilə bağlı konkret rəqəm söyləyə bilməsə də, əldə etdiyimiz məlumata görə bu məbləğ 1.5 milyon dollara bərabərdi.