Dünya futbolu
İspaniyanın ən yaxşıları bəlli oldu
İspaniya La Liqasında ötən mövsümün ən yaxşı…
İspaniya La Liqasında ötən mövsümün ən yaxşıları müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, ilin ən yaxşı baş məşqçisi 2014/2015-ci il mövsümünün qalibi “Barselona”nın çalışdırıcısı Luis Enrike olub.
Ən yaxşı hücumçu və futbolçusu da katalonlardan olub. Belə ki, bu ada komandanın çempionluğunda böyük pay sahibi olan Lionel Messi sahib çıxıb. Ötən mövsüm 38 matçda 43 dəfə rəqiblərini məyus edən argentinalı ulduz birincilik mükafatına layiq görülüb. Azarkeşlər isə ən yaxşı hücumçu kimi 35 qarşılaşmada 48 dəfə rəqib qapılarına yol tapan “Real”ın portuqaliyalı ulduzu Kriştianu Ronaldonu seçiblər.
Ən yaxşı müdafiəçi Serxio Ramos ("Real"), ən yaxşı yarımmüdafiəçi Xames Rodriges ("Real"), ən yaxşı qapıçı isə Klaudio Bravo ("Barselona") olub.
La Liqada çıxış edən ən güclü amerikalı Neymar ("Barselona"), ən güclü afrikalı isə Sofian Fequli olub.