Premyer-liqa
"Qəbələ" 3 futbolçusu ilə vidalaşır
Ölkə çempionatının 2-ci dövrəsində qələbə &uu…
Ölkə çempionatının 2-ci dövrəsində qələbə üzünə həsrət qalan “Qəbələ” qışda 3 futbolçuyla yollarını ayıracaq. Futbolinfo.az xəbər verir ki, söhbət Vaqif Cavadov və Vüqar Nadirovla yanaşı, rumıniyalı legioner George Floreskudan gedir.
Baş məşqçi Roman Qriqorçukun istəyi ilə gətirilən hər 3 futbolçunun müqaviləsi qışda sona çatır. Əsas heyətdə özlərinə yer edə bilməyən yarımmüdafiəçilərdən az-çox Vaqifin qalmaq şansları mövcuddu. Bu da yalnız o halda baş verə bilər ki, əsas heyətin hansısa oyunçusu müqaviləsinə xitam vermək istəsin, yaxud da ciddi zədə səbəbindən mövsümün sonunadək sıradan çıxsın. Başqa sözlə, fors-major hal baş verməsə, Cavadovla da yollar ayrılacaq.
Qeyd edək ki, “Qəbələ” Topaz Premyer Liqasında qış fasiləsinə dekabrın 19-da səfərdə “Qarabağ”la keçirəcəyi oyundan sonra yollanacaq.