Əvəzedicilər
"Kəpəz"in futbolçusuna 2 oyunluq cəza
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin 14-cü tur oyunları ilə bağlı cəzalar açıqlanıb.
“Kəpəz” – “İnter” matçının 90-cı dəqiqəsində ev sahibi komandanın futbolçusu Budaq Nəsirov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1000 manat cərimə olunub.
“Zirə” – “Xəzər Lənkəran” matçının 86-cı dəqiqəsində ev sahibi komandanın futbolçusu Şahvələd Məhərrəmov ikinci sarı vərəqə alaraq, meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 100 manat cərimə olunub.