Bizi izləyin

Ölkə futbolu

Məhkəmə "Rəvan"ı dağlara göndərdi

Bəs, deyirdilər Bəhruz Şirəliyev daha “Rəvan”da işl…

blank
Bəs, deyirdilər Bəhruz Şirəliyev daha “Rəvan”da işləmir. Guya ki, tikinti sektoruna keçib, klubda olub-bitənlərdən ümumiyyətlə, xəbəri yoxdu.
Sən demə, İsmayıl yol çəkməyə getməyibmiş, “Nurgün Motors”un koridorlarında hərlənib, bir küncündə oturubmuş, klubu da idarə edirmiş. Ola bilər, “Rəvan”ın imkanlı vaxtlarında baş rolda olan bu adam indi istədiyi qədər qazana bilmədiyindən kölgəyə çəkilib, AFFA vəd etdiyi pulu çatdıran kimi yenə qazanın başına keçəcək. Ancaq indi gündəmə düşməmək üçün mətbuatdan qaçdığı faktdı.
Şirəliyevin sağ olduğunu, hələ də “Rəvan”da həlledici qərarları verdiyini bu gün bildik. Səhər tezdən, saat 11.15-də başlayan və heç 15 dəqiqə çəkməyən məhkəmə prosesində. Futbolinfo.az saytını və baş redaktoru Vüsal Mahmudovu məhkəməyə verən “Rəvan” Peşəkar Klubu MMC-nin nümayəndəsi kimi iddia ərizəsinə məhz vitse-prezident Bəhruz Şirəliyev imza atıb.
blank
Dekabrın 1-dəki məhkəmə iclası hazırlıq prosesi idi. Yasamal rayon məhkəməsində baş tutan prosesin elə əvvəlindəcə əmin olduq ki, Nuru Əliyevin işçiləri olduqca səhlənkar və bacarıqsızdı. İddia ərizəsiylə sizi növbəti yazılarda tanış edəcəyik. Orada göstərilənlərin əsassız olduğunu da həm yazımızda, həm də məhkəmədə sübut edəcəyik – bu, öz yerində. İş ondadı ki, hakim Rəfayıl Əliyev elə iclasın startındaca “Rəvan”ı təmsil edən xanım vəkili “nokaut”a saldı. Bu xanım hüquqşünas hələ hansı məhkəməyə üz tutmağın lazım olduğunu bilmirmiş.
İşini əla bildiyi hiss olunan Rəfayıl bəy iddia ərizəsinə baxan kimi niyə onlara müraciət edildiyini soruşdu. Çünki saytın domeninin qeydiyyatda olduğu yerin Yasamala dəxli belə yoxdu. Ona görə də hakim təbəssümlə həmin xanıma iddia ərizəsini geri götürüb, aidiyyatı üzrə Yardımlı rayon məhkəməsinə müraciət etməyin vacibliyini vurğuladı. Eyni zamanda əlavə etdi ki, lazımı sənədlər gətirildikdən sonra bunu onlar da edə bilər. Xanım vəkil isə burada daha bir səhv buraxdı. İddia ərizəsini geri götürüb, özü Yardımlı rayon məhkəməsinə müraciət etməyin daha tez başa gələn proses olduğunu unutdu və bunu Yasamal rayon məhkəməsinin etməsini istədi. Dekabrın 28-ə daha bir iclasın təyin olunduğunu nəzərə alsaq, işin Yardımlı məhkəməsinə gedib çıxması yəqin ki, gələn il fevralın əvvəlinə çəkəcək.
Vaxtilə ofisimizə casus kimi gələn, amma ifşa olunan bu xanım nə qədər ki, işin içində var, bu məhkəmənin bir il uzanması da mümkündü. Bu bacarıqla onun növbəti iclaslara da hazırlıqsız gələcəyini deyə bilərik.
Proses zamanı hakimin iddiaçı tərəfi təkbaşına təmsil edən xanıma müraciətlə dedikləri də maraqlı idi. O, “qarlı-sazaqlı günlərdə ucqar dağ rayonuna getməyə razısızmı” sualına məntiqli cavab almasa da, işini qanun çərçivəsində gördü, tərəfləri prosesin bundansonrakı gedişatı haqda məlumatlandırdı.
Təbii ki, dekabrın 28-dəki iclasdan sonra Yardımlı rayon məhkəməsində görüşəcəyik. Gözəl rayonumuzda həm hakim qarşısına çıxmaq, həm də hörmətli qonaqları qarşılamaq xoş olacaq. Həm də ora vəkil xanım tək gələsi olmayacaq, işə aidiyyatı olan bir çox şəxsləri məhkəmədə görmək istəyəcəyik. Ucqar dağ rayonunda nəqliyyatla, otellə bağlı bir çox problemlər olsa da, “Rəvan” rəsmilərinə imkan daxilində kömək edəcəyik. Kərbəlayı İsmayıl demişkən, düşmən də olsaq, çörəyimiz halaldı.
Hələ məhkəmə prosesi baxış mərhələsində olsa da, zənnimcə, “Rəvan”da işlərin düzgün getmədiyini sübut etməyə başlamışıq. "Rəvan"ın xanım vəkili ola bilər bacarıqlı kadr kimi kluba hüquqşünas götürülüb. Amma bu dəfə yanılıblar. O, əvvəlcə ofisimizə gələrkən özünü ifşa etdirdi, bu dəfə doğru ünvana müraciət etmədiyindən klubunu pis vəziyyətdə qoydu. 
 
“Rəvan”ın nədən narazı olduğu bəllidi – yuxarıda qeyd etdiyimiz kimi – , iddia ərizəsi ilə sizi də tanış edəcəyik. Amma saytımızda gedən yazılara görə dəyən maddi və mənəvi zərərin qarşılığında 20000 (iyirmi min) manat təzminat tələb etmələri maraqlıdı. İnsanlar öz qiymətlərini də hesablayıb deyəsən. Hansı işgüzar imicdən, hansı maddi və mənəvi itkidən danışırsız? Ərizədə “minlərlə idmançı yetişdirdiyinizi” qeyd etmisiz, zəhmət olmasa, onlardan 10 faizinin ad və soyadı yazılan siyahını növbəti məhkəmə prosesinə gətirə bilərsizmi?
Görüşəcəyik, hələ çox görüşəcəyik…
FƏRİD
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-23 15:08

AÇ-2024-ün oyunlarını idarə edəcək hakimlər bəlli oldu

blank
Digər idman növləri2024-04-23 14:52

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq

blank
Ölkə futbolu2024-04-23 14:38

Bakıda UEFA fitnes məşqçilik kursunun 1-ci modulu başlayıb

blank
Digər idman növləri2024-04-23 14:20

Meydançaya 1000-dən çox kepka atıldı

blank
Digər idman növləri2024-04-23 14:02

“Medison Skver Qarden” ən sevimli arena seçildi

blank
Digər idman növləri2024-04-23 13:47

Azərbaycan çempionatında ilk finalçı məlum oldu

blank
Dünya futbolu2024-04-23 13:33

Pioli “İnter”in gücünü etiraf etdi

blank
Digər idman növləri2024-04-23 13:16

Nadalın oyunu tarixə düşəcək

blank
Dünya futbolu2024-04-23 13:01

Martines 2029-cu ilədək “İnter”də qalacaq

blank
Ölkə futbolu2024-04-23 12:48

Yapon futbolçu: “Avrokuboklara gedə bilərik”

blank
Ölkə futbolu2024-04-23 12:31

AFFA-da gündəm: 12 komandalı Premyer Liqa, aşağı liqa klublarına dəstəyin artırılması

blank
Dünya futbolu2024-04-23 12:14

“Qəbələ”ni mübarizədən kənarlaşdırdılar, Avropanın ən güclüsü oldular

blank
Digər idman növləri2024-04-23 12:00

Ülviyyə Fətəliyevadan maksimum nəticə

blank
Ölkə futbolu2024-04-23 11:42

Amil yenə oynamayacaq

blank
Ölkə kuboku2024-04-23 11:25

“Qarabağ” – “Neftçi”: Biletlər bu gündən satışda olacaq

blank
Digər idman növləri2024-04-23 11:10

MBA-da seriyalarda fərq artdı

blank
Digər idman növləri2024-04-23 10:52

Cokoviç “Laureus” mükafatına layiq görüldü

blank
Dünya futbolu2024-04-23 10:34

İnzaqi Mourinyonu ötdü, ikisi qaldı

blank
Milli komanda2024-04-23 10:17

U-17-nin ilk oyunu

blank
Digər2024-04-23 10:00

MİSLİ ilə qazan!

blank
Digər idman növləri2024-04-23 09:45

Azərbaycan çempionatının qalibi müəyyənləşir

blank
Dünya futbolu2024-04-23 09:30

Gürcüstan ÇL-in finalına ev sahibliyi etmək istəyir

blank
I Liqa2024-04-23 08:52

“Karvan” növbəti oyuna hazırlaşır

blank
Ölkə futbolu2024-04-23 08:35

II Liqada 24-cü turun oyun cədvəli bəlli oldu

blank
Digər idman növləri2024-04-23 08:17

Azərbaycan parataekvondoçuları Qubada hazırlıq keçirlər

blank
Ölkə futbolu2024-04-23 08:00

“Səbail” “Sabah”a uduzsa…

blank
Dünya futbolu2024-04-23 01:26

“Sevilya”dan çətin qələbə

blank
Dünya futbolu2024-04-23 01:14

“İnter” – çempion!

blank
Dünya futbolu2024-04-23 00:15

Diniyevlə Şeydayev Türkiyədə qarşılaşdılar

blank
Dünya futbolu2024-04-23 00:04

“Fənərbaxça” “Sivasspor”la matçda xal itirdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm