Premyer-liqa
Zərgərova yubiley hədiyyəsi – FOTO
Ötən gün Topaz Premyer Liqasında 14-cü tura yekun vur…
Ötən gün Topaz Premyer Liqasında 14-cü tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Rəvan"la 1:1 bərabərə qalıb.
Qəbələ şəhər stadionundakı qarşılaşmada yubiley də qeydə alınıb. Belə ki, yarımmüdafiəçi Samir Zərgərov Dodo, Viktor Mendi və Ürfan Abbasovun ardından "Qəbələ" forması ilə yüzdən artıq oyun keçirən 4-cü futbolçu olub. Bu münasibətlə ona sözügedən matçdan öncə xatirə hədiyyəsi təqdim edilib.