I Liqa
MOİK baş məşqçisi ilə yolları ayırdı
Azərbaycan çempionatında daha bir baş məşqçi istefa…
Azərbaycan çempionatında daha bir baş məşqçi istefası yaşanıb. Futbolinfo.az xəbər verir ki, I Divizionunda çıxış edən MOİK çalışdırıcısı Şamil Adilovla yolları ayırıb.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, uzun müddət paytaxt təmsilçisində çalışmış mütəxəssis uğursuz nəticələrə görə işindən ayrılmalı olub. Belə ki, klub rəhbərliyi komandanın cari mövsüm I diviziondakı nəticələrini qeyri-qənaətbəxş hesab etdiyindən Adilovla yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
Klub rəhbərliyi Şamil bəyə bu müddətdə göstərdiyi xidmətlərə görə təşəkkür edərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Qeyd edək ki, yeni baş məşqçinin adı yaxın zamanda açıqlanacaq.