Ölkə futbolu
"Neftçi" "köhnələr"ini satışa çıxardı – FOTO
Ötən mövsüm “Neftçi”nin əsas heyə…
Ötən mövsüm “Neftçi”nin əsas heyət futbolçularının geyindiyi formaların satışı davam edir. Futbolinfo.az xəbər verir ki, Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində sabah “Bakcell Arena”da baş tutacaq “Neftçi” – “Qaradağ Lökbatan” matçından əvvəl formaların satışı həyata keçiriləcək.
Qiyməti simvolik olaraq, 19 manat 37 qəpik təşkil edən formaların satışı saat 16:30-da başlayacaq. Klubdan verilən məlumatda bu sözlər qeyd olunub: "Artıq azarkeşlərimiz tərəfindən rəsmi səhifəmizə sifarişlər daxil olmaqdadır. Formaların sayı məhduddur. Satiş stadiondakı səyyar satış məntəqəmizdə təşkil olunacaq".
Deyəsən, "Neftçi"nin indiki rəhbərliyi sələflərinin klubdakı izini birdəfəlik silmək istəyir. Sadıq Sadıqovun prezidentliyi dövründə alınan formalar beləcə "mədəni üsulla" klubdan kənarlaşdırılır.