Ölkə futbolu
AFFA "Seltik"i də cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keç…
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, Futbolinfo.az xəbər verir ki, toplantıda uşaq liqaları ilə bağlı cəzalar da açıqlanıb. Hər həftə olduğu kimi bu dəfə də sözügedən yarışlarla bağlı texniki məğlubiyyət qərarları verilib. Bu dəfə 4 klub belə cəzaya məruz qalıb.
(28 noyabr 2015-ci il) Coca-Cola U-13 Liqasında UGİM (Xızı) – “Təhsil” RİM (Sumqayıt) matçında meydan sahibləri limiti pozduğuna görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(29 noyabr 2015-ci il) U-12 Liqasının “Boradigah” (Masallı) – “Zirvə” (Lənkəran) matçında meydan sahibləri iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(28 noyabr 2015-ci il) U-10 Liqasının “Kəpəz” (Gəncə) – “Təhsil” TİM (Gəncə) matçında qonaqların iştirak etməməsinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
(21 noyabr 2015-ci il) Azərbaycan Həvəskarlar liqaının “Cəfər 313” (Bakı) – “Baku Seltik” matçının 60-cı dəqiqəsində qonaqların futbolçusu David Musazadə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanıb Matçın 60-cı dəqiqəsində "Seltik" meydanı tərk etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyətlər verilib.