Bizi izləyin

Müsahibə

Fariz Nəcəfov: "Qriqorçuka inamımız hədsizdi"

“Qəbələ”nin 2-ci dövrədə “qələbə oruc&r…

blank
“Qəbələ”nin 2-ci dövrədə “qələbə oruc”unu pozmaması bir çox suallara rəvac verir. “Bəlkə”lərin sayı o qədərdi ki, sadalamaqla qurtaran deyil. Komandanın “qara zolağ”a düşməsinin səbəbləri barədə bir neçə yazı dərc etmişik. Bu dəfə isə “Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfofa tribuna verməyi qərara aldıq. Klub funksioneri futbolinfo.az saytına verdiyi müsahibədə problemə soyuqqanlı yanaşdıqlarını nümayiş etdirdi:
– İkinci dövrədə komandanızın qələbə üzünə həsrət qalması sizi nə dərəcədə narahat edir? Problemi nədə görürsünüz?
– Əlbəttə, xal itkilərinə məruz qalmağımız bizi qayğılandırır. Sərgilədiyimiz futbol kifayət qədər keyfiyyətlidi. Qol epizodları yaradırıq, sadəcə, hardasa bəxtsizlik yaşayırıq.  Komandamız avrokubok matçlarından daxili çempionat oyunlarına keçiddə müəyyən problemlər yaşayır. Ancaq ardıcıl bir neçə oyunda qələbə qazanmamağımız baş məşqçiyə etimadımızın azalması anlamına gəlmir. Bu, elə həmin Roman Qriqorçukdu ki, ötən mövsüm 7-8-ci pillərdə qərarlaşsaq da, yekunda “Qəbələ”yə bürünc medal qazandırdı, cari mövsümdə isə Avropa Liqasının qrupuna qədər irəliləməyi bacardı.
– Vaqif Cavadov, Vüqar Nadirov, George Floresku kimi oyunçulara şans tanınmır. Bu da dolayısı ilə bu futbolçulara xərclənən vəsaitin havaya sovrulması deməkdi. Bu mövzuda Roman Qriqorçukla söhbətiniz olubmu?
– Vaqiflə Vüqar Cavid Hüseynovla bağlı yaşanan hadisədən sonra təcili surətdə transfer olundular. Eyni zamanda, onu da qeyd edim ki, meydançaya həmin an üçün ən hazırlıqlı futbolçular buraxılır. Komandanın məşqlərini izləyirəm və Qriqorçukun oyuna ən yaxşıları buraxdığının dəfələrlə şahidi olmuşam.
– Konkretləşdirək. Zenyovun son oyunlarına baxdıqda, Estoniya millisinin futbolçusuna adamın yazığı gəlir. Açıq-aşkar hiss olunur ki, fiziki cəhətdən tükənib. Elə Qay da həmçinin. Misal üçün, Qayın mövqeyində həmin Floreskunu oynadıb, ukraynalının dincəlməsini təmin etmək mümkündü…
– Həqiqətən də “Rəvan”a qarşı oyunda Sergey Zenyovun yorğunluğu sezilirdi. Ancaq məsələ burasındadı ki, onun mövqeyində – ad çəkmək istəmirəm – başqa oyunçuya şans verildikdə, yorğun Zenyovun yarısı qədər də faydası dəymir. Qaya gəlincə, burda başqa məqam var. Məsələ burasındadı ki, baş məşqçinin yaratdığı dəst-xətt Aleksey Qayın üzərində qurulur. Qayı hətta 2-ci hissədə əvəz edən kimi, bu, komandamızın oyununda dərhal geriləməyə səbəb olur. Bir daha təkrar edirəm, Qriqorçuk həqiqətən ən yaxşıların oynamasına şərait yaradır və ona inamımız hədsizdi.
– Hər halda problem var ki, komandanız 2-ci dövrədə qələbə üzünə həsrətdi…
– Əlbəttə! Burda bir neçə həlledici faktorların cəmini qabardardım. əvvəla, futbolçularda müəyyən psixoloji gərginlik yaranıb. İstər-istəməz qələbə gəlmədikdə, özünəinam hissi azalır. Digər yandan, müəyyən yorğunluq. Nəhayət, söhbətimizin əvvəlində qeyd etdiyim avrokuboklardan daxili arenadakı oyunlara keçid məsələsi. Növbəti turadək həm məşqçi heyəti, həm də futbolçularla görüşüb, yaranmış vəziyyətdən çıxış yollarını aramağı planlaşdırırıq. Düşünürəm ki, hər şey relsinə düşəcək.
– Az öncə çoxsaylı qol imkanları yaradığınızı, amma bunlarda yararlana bilmədiyinizi vurğuladınız. Nəzərə alsaq ki, Zenyovla Pereyra sırf hücumçu deyillər, Antonovla Zets isə ümidləri doğrultmur, sanballı bir hücumçu almaq barədə düşünmürsünüzmü?
– Adlarını çəkdiyiniz futbolçularla yanaşı, Dodonu da qeyd edərdim. Doğrudu, indi zədəlidi və hazırda komandamıza kömək edə bilmir. Amma bütövlükdə onu da hücumçu kimi qeyd edərdim. Baş məşqçimizin futbola baxışı belədi ki, ona universal oyunçular lazımdı. Zetslə Antonov hücumçudular, digərləri isə universallıqları ilə seçilir. Qriqorçuk özü bu cür futbolçulara üstünlük verib ki, ön xətdə istədiyi kimi rotasiyalara əl ata bilsin. Onun futbol fəlsəfəsi bu cürdü. Məsələn, Mendi kimi təkbaşına oyunun müqəddəratını həll edən oyunçu onun taktiki sxeminə uyğun gəlmir.
– Başqa sözlə, qış fasiləsində qoleador hücumçu almaq niyyətiniz yoxdu?
– Açığı, Qriqorçukla bu barədə söhbətimiz olub. Ona dediyiniz üslubda forvard almağı təklif də etmişik. Baş məşqçimiz “əlavə keyfiyyətli hücumçudan kim imtina edər ki? Əlbəttə, alsanız, imtina etmərəm”, cavabını verib. Ancaq biz təkid edərək, ehtiyac duyub-duymadığını soruşmuşuq və ukraynalı mütəxəssis əlindəki futbolçuların döyüşkən kollektiv qurmaq üçün kifayət etdiyini bildirib.
– Qışda heyətdə çoxmu dəyişiklik gözlənilir?
– Xeyr. Ola bilər müəyyən kosmetik dəyişikliklərə ehtiyac duyaq, ancaq komandanın özülünü qoruyacağıq.
– Lider “Qarabağ”la xal fərqi xeyli artıb. Necə düşünürsünüz, qızıl medallar əldən çıxmayıb? 
– Qarşıda hələ xeyli oyunumuz var. Elə həmin “Qarabağ”la daha 3 dəfə qarşılaşacağıq. Ağdam təmsilçisinin digər oyunlarda da xal itkisinə məruz qalacağı istisna deyil. Necə ki, bu, “Neftçi”ylə qarşılaşmada baş verdi. Zənnimcə, bütün mübarizə hələ irəlidədi.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Dünya futbolu2024-04-13 00:29

“Sivasspor” “Trabzonspor”a səfərdə qalib gəldi

blank
Digər idman növləri2024-04-12 23:31

“Sabah” çempionatın vahid lideri oldu, “Sumqayıt” pley-off şansını itirdi

blank
Premyer-liqa2024-04-12 22:48

“Sarı vərəqələr məni də dilə gətirəcək” – Samir Abasov

blank
Premyer-liqa2024-04-12 22:21

“Sumqayıt”la “Zirə”nin oyunundan qol səsi çıxmadı – VİDEO

blank
Premyer-liqa2024-04-12 22:13

“Neftçi”ni də çalışdıra bilərəm, “Qarabağ”ı da…” – Rəşad Sadıqov

blank
Digər idman növləri2024-04-12 21:27

2 boksçumuz Avropa birinciliyində finalında

blank
Premyer-liqa2024-04-12 20:56

“Sumqayıt”la “Zirə”dən heç-heçə

blank
Digər idman növləri2024-04-12 20:08

Güləş Federasiyası italiyalı güləşçi Frank Çamizonun iddaları ilə bağlı bəyanat yaydı

blank
Ölkə futbolu2024-04-12 19:41

“Qurban Qurbanov futbolçularına ata kimidir”

blank
Digər idman növləri2024-04-12 19:20

Avroliqanın qalibinə ödəniləcək mükafat elan edildi

blank
Digər2024-04-12 19:00

Gəncə şəhəri 2025-ci ildə MDB-nin idman paytaxtı elan edildi

blank
Dünya futbolu2024-04-12 18:42

Xavi qərarını dəyişə bilər

blank
Digər idman növləri2024-04-12 18:21

Azərbaycan cüdoçuları üçün Berlin sınağı

blank
Milli komanda2024-04-12 18:00

Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı

blank
Digər idman növləri2024-04-12 17:40

Formula 1 pilotundan Şanxaya özəl dəbilqə

blank
Dünya futbolu2024-04-12 17:20

Avropa çempionatında VAR-ın müdaxiləsi minimuma endiriləcək

blank
Digər idman növləri2024-04-12 17:00

Formula 1 üzrə Azərbaycan qran-prisi bir həftə sonraya keçirildi

blank
Digər idman növləri2024-04-12 16:33

Azərbaycan cüdoçuları Avropa Kubokunda çıxış edəcəklər

blank
Dünya futbolu2024-04-12 16:00

Premyer Liqada martın ən yaxşıları bəlli oldu

blank
Dünya futbolu2024-04-12 15:06

“Fənərbaxça”da ciddi itki

blank
Dünya futbolu2024-04-12 14:31

“Bayern”də yeni müqavilə

blank
Milli komanda2024-04-12 14:02

“Belə matçlarda nəticə önəmli olmur”

blank
Milli komanda2024-04-12 13:33

“Komandanın fiziki hazırlığından razı deyiləm” – Borisov

blank
Milli komanda2024-04-12 13:04

Millimiz Olimpiya Təsnifat turnirinə qələbə ilə başladı

blank
Digər idman növləri2024-04-12 12:46

Ev sahibləri üçün uğursuz gün

blank
Dünya futbolu2024-04-12 12:30

“Mançester Siti”nin ulduzu Modriçin forması üçün getdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm