Premyer-liqa
Cerard qayıtdı
Stiven Cerrard yenidən sabiq komandası “Liverpul”a qayı…
Stiven Cerrard yenidən sabiq komandası “Liverpul”a qayıdıb. Futbolino.az xəbər verir ki, yarımmüdafiəçi bir neçə həftə “qırmızılar”ın düşərgəsində olacaq.
ABŞ-ın “Los Angels Qalaksi” klubunda çıxış edən canlı əfsanə İngiltərə təmsilçisində məşqlərə çıxır. Amma 35 yaşlı futbolçu komandanın heyətində rəsmi oyunlara çıxa bilməyəcək. Belə ki, Okeanın o tayında ölkə çempionatı başa çatdığından futbolçular istirahətə buraxılıb. Cerrard isə formada qalmaq üçün sabiq komandasının düşərgəsində məşq edir.
Qeyd edək ki, “Liverpul”un canlı əfsanələrindən olan futbolçu 1998-2015-ci illərdə bu klubun şərəfini qoruyub.