Ölkə futbolu
"Anderlext"in baş məşqçisi: "Qarabağ"dan dahah şanslıyıq"
Avropa Liqasının qrup mərhələinin son turunda “Qarabağ&rdq…
Avropa Liqasının qrup mərhələinin son turunda “Qarabağ”la üz-üzə gələcək “Anderlext”in baş məşqçisi Besnik Hasi “Kortriyk”lə matçöncəsi açıqlamalar verib. Futbolinfo.az xəbər verir ki, Belçika kubokunun 1/8 final mərhələsində “Kortriyk”in qonağı olacaq komandanın çalışdırıcısı oyun haqda bunları qeyd edib:
“Kortriyk” doğma meydanında daha gözəl futbol oynayır. Bu baxımdan biz çətinlik çəkə bilərik. Nəzərə alaq ki, “Kortriyk” avrokuboklara vəsiqə uğrunda oynayır. Buna baxmayaraq, biz bütün turnirlərdə inamla irəliləmək istəyirik”.
43 yaşlı mütəxəssis Avroliqanın qrup mərhələsinin son qarşılaşmasında “Qarabağ”a qarşı keçirəcəkləri oyun haqda da qısaca danışıb: “Səfərdə “Qarabağ”a qalib gəlməli idik. Əgər, qalib gəlsəydik, növbəti mərhələyə vəsiqəni təmin etmiş olardıq. Buna baxmayaraq, “Qarabağ” və “Monako” klublarından bizim şanslarımız daha çoxdu. Doğma meydan amilindən maksimum yararlanmalıyıq. “Qarabağ”la oyunda hər şey özümüzdən aslıdır”.
Qeyd edək ki, “Anderlext” – “Qarabağ” matçı 10 dekabr Bakı vaxtı ilə 00:05-də baş tutacaq.