Ölkə futbolu
Əliyar Ağayevin Avroliqa təyinatı rəsmən açıqlandı
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının q…
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsində keçiriləcək oyuna təyinat alıb. Futbolinfo.az xəbər verir ki, o, Vyanada ədaləti qoruyacaq.
Ağayev “Rapid” – “Dinamo” (Minsk) matçında baş hakim funksiyasını icra edəcək. Ona bu matçda Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənovla Orxan Məmmədovdu. Mübariz Haşımov izə dördüncü hakimdi.
Qeyd edək ki, “Rapid” (Vyana, Avstriya) – “Dinamo” (Minsk, Belarus) matçı dekabrın 10-da Ernst Happel stadionunda start götürəcək.