Dünya futbolu
Paytaxt klubuna "maral sürprizi"
Son İngiltərə çempionu "Çelsi”nin cari m&o…
Son İngiltərə çempionu "Çelsi”nin cari mövsümüm əvvəlindən davam edən uğursuz nəticələri azarkeşlərini bezdirib. Futbolinfo.az xəbər verir ki, fanatlar artıq komanda üzvlərini "ayıltmaq" üçün onları ələ salmağa başlayıblar.
Yerli mətbuatın yazdığına görə, bu dəfə azarkeşlərin qəzəbinə ispaniyalı futbolçu Sezar Aspilikueta tuş gəlib. Çılğın fanatlar klub bazasında Aspilikuetanın avtomobilini saxlayacağı yerə maral bağlayıblar. Bu olay isə britaniyalı jurnalistlərin gözündən qaçmayıb.
Qeyd edək ki, "Çelsi” Premyer Liqada geridə qalan 14 turdan sonra cəmi 15 xal toplamağı bacarıb və 14-cü pillədə qərarlaşıb.