Dünya futbolu
Emil Balayevin komanda yoldaşını helikopterlə apardılar
Almaniyanın "Ayntraxt” klubunun məşqində arzuolunmaz ha…
Almaniyanın "Ayntraxt” klubunun məşqində arzuolunmaz hadisə yaşanıb. Futbolinfo.az xəbər verir ki, Frankfut təmsilçisinin iki oyunçusu – Slobodan Medoyoviçlə Yohannes Flum məş edərkən toqquşub.
İlkin müayinədən sonra Flumun diz qapağının sındığı müəyyənləşib. Futbolçu dərhal helikopter vasitəsi ilə xəstəxanaya aparılıb. 27 yaşlı oyunçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycan millisinin qapıçısı Emil Balayev də "Ayntraxt"da çıxış edir.