Ölkə kuboku
Şükürov: "Gücümüz çatdığı qədər irəli getməyə çalışacağıq"
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veri…
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, "Zirə" səfərdə digər Premyer Liqa təmsilçisi AZAL-ı 2:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
"AZAL Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Adil Şükürov qələbəni belə şərh edib:
“Oyun düşündüyümüzdən daha çətin keçdi. AZAL oyundan oyuna daha yaxşı təsir bağışlayır. Qalib gəlib, yolumuza davam etdiyimiz üçün çox sevinirəm. Gücümüz çatdığı qədər irəli getməyə çalışacağıq”.
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov isə məğlubiyyətlə bağlı bu sözləri deyib: “İlk növbədə “Zirə”ni təbrik edirəm. Maraqlı oyun alındı, komandamın sərgilədiyi futboldan zövq aldım. Qeyd etməliyəm ki, zədəli futbolçularımız çoxdur. Düşünürəm ki, öz səhvlərimizdən qollar buraxdıq. Lakin azlıqda qalmağımıza baxmayaraq, qol vurmağımız məni sevindirdi. Oyunu unudub, çempionata köklənməliyik. Çünki bizi qarşıda 4 çətin oyun gözləyir. Bu oyundakı səhvləri qarşıdakı görüşlərdə təkrarlamamağa çalışacağıq.
Oyun vaxtı futbolçu rəqibinə dirsək vurursa, üstünlük prinsipi mənim nəyimə lazımdır? Gəncədə Fariz Yusifov istədiyini elədi, oyundankənar vəziyyətdən bizə qol vurdular. Mən oyundan öncə hakimə deyirəm ki, qaydalar nə tələb edirsə, elə edin. Misal üçün “Sumqayıt”la oyunda qapımıza penalti verdilər, etiraz etmədim”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…