Ölkə kuboku
Əsgər Abdullayev darmadağını şərh etdi
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veri…
Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" doğma meydanda 1-ci divizion təmsilçisi "Qaradağ Lökbatan"ı 8:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
"Bakcell Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Əsgər Abdullayev qələbəni belə şərh edib:
“Zəif oyun olmur, zəif hazırlıq olur. Biz komandanı oyuna kökləyə bildik və qələbə qazandıq. Futbolçular verilən tapşırıqları yerinə yetirdilər”.
“Qaradağ Lökbatan”ın məşqçisi Araz Əliyev isə məğlubiyyətlə bağlı bu sözləri deyib : “Oyun barədə artıq nəsə danışmağa ehtiyac yoxdur. “Neftçi” qələbə qazandı, onlara uğurlar arzu edirəm. “Neftçi” həmişə kubok və çempionluq üçün mübarizə aparıb”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı