Müsahibə
"Qarabağ"ın makedoniyalısı danışdı: "İnanıram"
Ötən gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə st…
Ötən gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" doğma meydanda 1-ci divizion təmsilçisi "Şəmkir"i 2:0 hesabı ilə məğlub edərək, növbəti mərhələyə vəsiqə qazanıb.
"Azərsun Arena"dakı matçdan sonra meydan sahiblərinin makedoniyalı müdafiəçisi Vladimir Dimitrovski saytımızın suallarını cavablandırıb:
– Oyuna yaxşı başlaya bilmədik. Amma fasilədə baş məşqçi bizimlə danışdı və onun dediklərini etməyə çalışdıq. Nəticə etibarilə 2-ci hissədə bunu reallaşdırdıq və qalib gəldik. Fikrimcə, qələbəyə layiq idik.
– İlk hissədə komandanın yaxşı oynamaması arxayınçılıqdan irəli gəlirdi?
– Ola bilər ki, Avropa Liqasında çıxış edən bəzi futbolçularımızda yorğunluq vardı. İstənilən halda, 1-ci divizion komandasına qarşı oynadıqda motivasiya ilə bağlı problemlər olur. Amma rəqibi təbrik edirəm. Çox yaxşı oynadılar. Onların haqqını vermək lazımdı.

– Uzun zamandı oynamamğının səbəbi nədi? Sonuncu dəfə “Sumqayıt”a qarşı çıxış etmişdin…
– “Qarabağ” böyük klubdu. Burada çoxlu futbolçular var. Baş məşqçimiz rotasiyadan çox istifadə edir. Mən oyunlara hazırlaşıb, məşqimi edirəm. Baş məşqçimiz mənə nə zaman şans versə, meydana çıxıb, əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.

– Az-az meydana çıxırsan. Buna görə komadadan ayrılmaq haqda düşünürsənmi?
– Mən komandaya gec qoşulmuşam, hazırlıqlarda iştirak etməmişəm. Bunu normal qəbul edirəm. Çalışacam ki, üzərimdə işləyim, daha çox şans qazanım.
– Mən komandaya gec qoşulmuşam, hazırlıqlarda iştirak etməmişəm. Bunu normal qəbul edirəm. Çalışacam ki, üzərimdə işləyim, daha çox şans qazanım.
– Qarşıdan “Anderlext”lə oyun gəlir. Düzdü, sən meydana çıxa bilməyəcəksən. Buna baxmayaraq, həmin matçla bağlı fikirlərini bilmək maraqlı olardı…
– Futbolda hər şey mümkündü. Əgər “Anderlext”i evdə məğlub etmişiksə, səfərdə də bunu bacara bilərik. Komanda yoldaşlarıma inanıram.
– Futbolda hər şey mümkündü. Əgər “Anderlext”i evdə məğlub etmişiksə, səfərdə də bunu bacara bilərik. Komanda yoldaşlarıma inanıram.
ELMAR ABDULLA-ZADƏ
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı