Ölkə kuboku
AZAL-ı evdə də məyus etdilər
Dünən Azərbaycan kubokunun 1/8 final mərhələsi çər&c…
Dünən Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində AZAL öz meydanında “Zirə”yə məğlub olaraq yarışda mübarizəni dayandırıb – 1:2. Futbolinfo.az xəbər verir ki, bu, meydan sahiblərinin uğurlu seriyasına son qoyub.
Belə ki, şüvəlanlılar cari mövsümdə ilk dəfə “AZAL Arena”da rəqibinə məğlub oldu. “Təyyarəçilər” bunadək evdə 4 rəqibini qonaq edib və matçların 3-də qalib gəlib. .Digərində isə heç-heçə qeydə alınıb. “Zirə” isə dünənki görüşdə rəqibin məğlubiyyətsizlik seriyasına son qoyub.
Qeyd edək ki, AZAL doğma meydanında təmir işləri aparıldığına görə, mövsümün əvvəlində ev oyunlarını “Dalğa Arena”da keçirib. Bu stadionda 2 matça çıxan Tərlan Əhmədovun yetirmələri həmin görüşlərdə qolsuz və xalsız qalmışdı.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO