Ölkə futbolu
"Qəbələ" – "Krasnodar" matçına bilet satışı başlayır
Avropa Liqasının qrup mərhələsinin sonuncu 6-cı turu çər…
Avropa Liqasının qrup mərhələsinin sonuncu 6-cı turu çərçivəsində “Qəbələ” öz meydanında Rusiyanın “Krasnodar” klubunu qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, bu gündən matçın biletləri satışa buraxılacaq.
Qarşılaşmanı tribunadan izləmək istəyən azarkeşlər bu gün saat 12:00-dan etibarən “Bakcell Arena”nın kassalarına yaxınlaşa bilərlər. Qiymətlər isə yerlərə görə 2, 5 və 10 manat olacaq.
Qeyd edək ki, sözügedən matç ayın 10-u, saat 22:00-da start götürəcək.