Premyer-liqa
"Qəbələ" ilə oyunu buraxacaqlar
Topaz Premyer Liqasının 14-cü turunda dünən “Zirə&…
Topaz Premyer Liqasının 14-cü turunda dünən “Zirə”ylə qarşılaşan “Neftçi” bu gün yenidən bir araya gəlib. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” klubun bazasında bərpa məşqinə çıxıb.
Sabah istirahət edəcək komanda növbəti gün “Qəbələ” ilə qarşıdakı turun hazırlıqlarına start verəcək. Əvvəlki oyunlarda olduğu kimi yenə komandada Məqsəd İsayev və Salas Quinta zədəlidi. Adıçəkilən futbolçular çox güman ki, “qırmızı-qaralar”la səfər görüşünü buraxacaq.
Qeyd edək ki, sözügedən matç ayın 13-ü, Qəbələ şəhər stadionunda baş tutacaq.