Ölkə futbolu
"Qəbələ"nin "qırmızısevər"i
“Qəbələ” ehtiyatlı olsun. Təmsilçimizin Avropa…
“Qəbələ” ehtiyatlı olsun. Təmsilçimizin Avropa Liqasının (AL) qrup mərhələsinin son matçına elə bir hakim təyin olunub ki, sanki qəsdimizə durublar.
2 dəfə komandalarımızın oyununa təyinat alan İştivan Kovaç heç vaxt bizimkilərə matçı tam heyətlə başa vurmağa imkan verməyib. 2010-cuildə Avropa Liqasının “Qarabağ” – “Metallurq” (Makedoniya) və bundan 1 il sonra 17 yaşlı futbolçular arasında qitə çempionatının seçmə görüşündə yığmamızın belçikalı həmyaşıdları ilə oyununda təmsilçilərmizi azlıqda qoyub.
31 yaşlı referi ağdamlıların 4:1 hesabı ilə qalib gəldiyi görüşdə Admir Telini meydandan qovmuşdusa, onun rəqib qapsına təyin etdiyi penaltini isə Rəşad Sadıqov qola çevirmişdi. 2010-cu ildən FİFA referisi statusunu daşıyan ədalət təmsilçisi həmin görüşdə Qurban Qurbanovun yetirmələrinə 4, rəqibə isə 1 sarı vərəqə göstərmişdi. Həmin oyunda meydana çıxan Rəşad Sadiqov, ayın 10-da yenidən həmin rumın hakimin idarə etdiyi görüşdə forma geyinmək şansına malikdi.
Kovaçın növbəti dəfə yolu komandamızla 2011-ci ildə kəsişib. 17 yaşlı futbolçularımızın belçikalı həmyaşıdlarına 0:1 hesabı ilə məğlub olduğu görüşdə o, hər iki tərəfin 3 futbolçusuna sarı vərəqə göstərib. Seçməmizin 1 oyunçusunu isə meydandan qovub. Fit sahibinin millimizin lehinə təyin etdiyi penaltidən isə futbolçularımız yararlana bilməyiblər.
Bu görüşdə əlavə hakim funksiyasını daşıyacaq Pavel Kristian Balay da azarkeşlərimizə yaxşı tanışdı. Belə ki, cari avroliqaının referi 4-cü turundada keçirilən “Qarabağ” – “Monako” (Fransa) görüşündə fit çalıb. 1:1 hesabı ilə yekunlaşay oyunda referi ağdamlıların 1, fransızların isə 2 futbolçusunu sarı vərəqə ilə cəzalandırıb. Bundan başqa Balay ötən il AL-də “Neftçi”nin evdə “Çixura” (Gürcüstan) ilə görüşündə (0:0) və 21 yaşlılardan ibarət millimizin polşalı həmyaşıdlarına 0:3 hesabı ilə məğlub olduğu oyunda da söz sahibi olub. Bu 2 qarşılaşmada referi təmsiliçilərmizə 1 sarı vərəqə göstərib, 1 dəfə isə qapımıza penalti təyin edib.