Bizi izləyin

Premyer-liqa

Ramil Diniyevin "qara zurna"sı

Dünən “Bakcell Arena”da baş tutan “Neft&ccedi…

blank
Dünən “Bakcell Arena”da baş tutan “Neftçi” – “Zirə” matçının baş hakiminə hansı qiymətin verildiyini deyə bilmərik. Bunu Xaqani Məmmədov sirr olaraq, saxlayır. Amma futbolun görünməyən üzünü gizlətmək heç kimə nəsib olmur. Söhbət Ramil Diniyevin yararsız idarəçiliyindən gedir. Nəyə görə görünməyən? Çünki ədalət təmsilçisi barədə təqdim edəcəyimiz materialda onun “əlifba”ya riayət etməməsindən tutmuş, heç vaxt sanballı hakim olmayacağına dair bütün detallara toxunacağıq…
İlk yarıda oyun neçə dəfə dayandırılmışdı, meydançaya neçə dəfə həkimlər daxil olmuşdu? Bunun dəqiq sayını hesablamasaq da, fakt budu ki, 1-ci 45 dəqiqəyə ən azından 2 dəqiqə əlavə olunmalı idi. Etdimi bunu Diniyev? Xeyr! Fikir formalaşdırmağa tələsməyin, hörmətli oxucular. Bəli, referi ilk 45 dəqiqədəki əlavə vaxtı 2-ci hissənin əsas vaxtı bitdikdən sonrakı dəqiqələrə əlavə edə bilər. Diniyev isə oyuna vur-tut 3 dəqiqə əlavə etdi. Hansı hesablamalara görə? Elə tək Nicat Qurbanova 2 hücum arasında 2 dəfə meydançada həkimlər tərəfindən yardım edilmişdi. Özü də ikinci halda yarımmüdafiəçini kənara çıxarmaq üçün xərəyə zərurət duyulmuşdu. Başqa sözlə, tək Qurbanova görə oyun ən azından 3 dəqiqəlik dayandırılmışdı. Bəs sarı vərəqələr göstərilərkən, baş verən fasilələr, bəs 1-ci hissəyə görə əlavə edilməli olan vaxt, bəs fasilədən sonra baş verən 5 əvəzetmə? Hanı həmin dəqiqələr, ey Hakimlər Komitəsinin “15 dənə verirlər” deyən sədri? 
Diniyevin biabırçı idarəçiliyi tək bununla bitmir. Azərbaycanlı futbolçuların əksəriyyətindən fərqli olaraq, “Neftçi”nin Kauesi hakimliklə bağlı verilən suala çox nəvazişlə cavab verdi. Amma o da Diniyevin payladığı sarı vərəqələri anlamadığını bildirdi. Bir tərəfdə qırıb-çatan “Zirə”, digər yanda “ağ-qaralar”a paylanan rəsmi xəbərdarlıqlar. Heç bir çərçivəyə sığmasa da, adım kimi əminəm ki, HK sədrindən soruşsaq, “idarəçilik normal idi” deyəcək. Əslində isə idarəçilik anormal idi və növbəti abzaslarda daha bir neçə məqama toxunacağıq.
Dünənki görüşdə hakimin fiti sanki toyda qara zurna idi: insan nə qədər yersiz fit çalar?! Ay başına dönüm, bir imkan ver, camaat futbola da baxsın da! Bir abstrakt müqayisə aparaq. Üç dəfə yerə yıxılaraq, inanılmaz səslə çığırtıya, Ramil Diniyev ən azından 2 dəfə fit çalır və 1 dəfə “müqəssir”ə sarı vərəqə göstərir. Baş hakim İngiltərədən olsaydı, həmin 3 çığır-bağırın 2-də fitini səsləndirərdi və ən azından birində “zərərçəkmiş”ə simulyasiyaya görə sarı vərəqə göstərərdi. 
Diniyevin yararsız idarəçiliyi ilə sonuncu məqam isə fiziki durumu ilə bağlıdı. Bunu da misalla sübuta yetirək. Tərəflərdən biri hücum qurur və rəqib komandanın oyunçusu xırda fol hesabına bunun qarşısını alır. Amma top hücum edən komandada qalır. Nə xeyri, Diniyevin “qara zurna”sı imkan vermir ki, hücum kəsərli alınsın. Mütləq fit səsləndirilir və oyunun tempi aşağı salınır. Niyə? Çünki sürətli futbol baş hakimə sərf etmir. Axı belədə, hadisə yerinə çata bilmir. Və yenə də ritorik sual: hakimlər üçün təşkil edilən bu təlim-məşq toplanışları hansı effekti verir? Pullar havaya sovrulur, Elvin Əsgərov, Ramil Diniyev və əksər digər “qarapaltarlı”larnın bərbad fiziki forması dəyişmir ki, dəyişmir.
Yekunlaşdıraq. Ölkə futbolunun normal inkişaf etməsinə hakimlərin faciəvi durumu birbaşa təsir edir. Çünki daxili çempionatda hər oyunda onlarla simulyasiyaya göz yuman hakimlərimiz, faktiki olaraq, avrokubok iştirakçılarımızın və milli üzvlərimizin beynəlxalq arenada etdikləri simulyasiyalara görə sarı vərəqələr almalarını şərtləndirir, onların hər təmas zamanı mübarizəni davam etdirmək əvəzinə yerə sərilmələrinin səbəbkarı olur. Konkret dünənki oyuna gəlincə, bir başa ittiham etməsək də, dolayısı ilə belə görünürdü ki, baş hakim meydan sahiblərinin qələbə qazanmaması üçün əlindən gələni etdi.
P.S. Ölkəmizdə məhz sərt mübarizəyə imkan yaradan, daim özünü hadisə yerinə çatdırmağı bacaran hakimlərimiz var. İlk sırada Əliyar Ağayevlə Orxan Məmmədov dayanır.
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-18 19:30

“Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-18 14:30

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları açıqlandı

blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm