Ölkə futbolu
Türkiyə mətbuatı da yazdı
“Günəşli” neft yatağında baş vermiş faciə ilə…
“Günəşli” neft yatağında baş vermiş faciə ilə əlaqədar Topaz Premyer Liqasının 15-ci turunda dünən baş tutan oyunların 1 dəqiqəlik sükutla başladığını yazmışdıq. Hətta bəzi komandalar faciədə həlak olan neftçilərin xatirəsinə meydançaya əllərində kaska ilə çıxmışdı.
Bu hadisə Türkiyə mətbuatının da diqqətindən yayınmayıb. Belə ki, qardaş ölkənin bəzi media orqanları bu olayı işıqlandırıb. Onlar “Xəzər Lənkəran” – “Qəbələ” matçında hər iki tərəfin atdığı bu addımın fotolarını da paylaşıb.