Ölkə futbolu
"Qarabağ"la oyunu qazanmaq məcburiyyətindəyik"
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda doğma meydand…
Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda doğma meydanda “Qarabağ”ı qəbul edəcək “Anderlext” klubunun futbolçusu Kara Mboc yerli mətbuata açıqlama verib. Futbolinfo.az xəbər verir ki, seneqallı yarımmüdafiəçi Belçika çempionatının son turunda “Genk”lə 0:0-lıq heç-heçədən narazı qalaraq bu xal itkisini “Qarabağ”la matçda qələbə qazanara unutdurmağa çalışacaqlarını bildirib.
26 yaşlı oyunçu Avropa Liqasında növbəti mərhələnin onlara hava-su kimi lazım odluğunu sözlərinə əlavə edib: “Biz səfərə 3 xal üçün yollanmışdıq. Amma heç-heçə etdik. Çox məyusuq. Son nöqtəni qoymaqda əziyyət çəkirdik. Bu qarşılaşmadakı xal itkisinin Avroliqada qələbə qazanmaqla sığorta edə bilərik. “Qarabağ”la oyunu qazanmaq məcburiyyətindəyik. Başqa yolumuz yoxdur”.
Qeyd edək ki, “Anderlext” – “Qarabağ” oyunu dekabrın 10-da saat 00:05-də start götürəcək.