Premyer-liqa
Bəhmən Həsənov: "AZAL-la oyunu çoxdan gözləyirdik"
Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulub. Futboli…
Bu gün Topaz Premyer Liqasında 15-ci tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Rəvan" doğma meydanda AZAL-la 0:0 bərabərə qalıb.
"Bayıl Arena"dakı oyundan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Bəhmən Həsənov heç-heçəni belə şərh edib:
“Çox pis oynadıq və bunun səbəbləri var. Mən futbolçuları qınamıram. Açığı, AZAL-la oyunu çoxdan gözləyirdik, qələbə qazanmaq istəyirdik. Qələbə şansını dəyərləndirə bilməməyimiz zədəli futbolçuların çoxluğu ilə bağlıdır. Sıx qrafikdə oynayırıq və futbolçuları bərpa etmək çox çətindir. İlk dəqiqələrdə rəqibin yaxşı şansı vardı, oyunu 1 xalla başa vurduğumuza da sevinməliyik. Qarşıda hələ çox oyunlarımız var, sonuncu pillədən qurtulmaq üçün çalışacağıq”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı