Ölkə futbolu
"Qəbələ" Olimpiya stadionunda
“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin …
“Qəbələ” UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunun “Krasnodar”la (Rusiya) oyununun hazırlıqlarına start verib. Futbolinfo.az xəbər verir ki, Topaz Premyer Liqasının XV turunun dekabrın 6-da “Xəzər Lənkəran”la səfərdə keçirilən oyunundan (1:0) sonra məşqlərinə fasilə verməyən “qırmızı-qaralar” hazırlıqlarını Bakıda davam etdirir.
Əyalət təmsilçisi ötən gün Bakıda məşq keçib. Futbolçular fiziki hazırlıqla kifayətləniblər. Bu gün “qırmızı-qaralar” Bakı Olimpiya Stadionunda növbəti məşqini gerçəkləşdirəcək. “Qəbələ” oyunöncəsi son məşqini dekabrın 9-da matçın baş tutacağı “Bakcell Arena”da keçirəcək.
Xatırladaq ki, qrupda son oyununa çıxacaq təmsilçimiz “Krasnodar”la dekabrın 10-da baş tutacaq qarşılaşması saat 22:00-da başlayacaq. Oyunu rumıniyalı hakimlər briqadası idarə edəcək.