Bizi izləyin

I Liqa

Yenə bukmeker kontoru, yenə "Bakılı"

Gözdən uzaq olan 1-ci divizionla bağlı redaksiyamıza xeyli si…

blank
Gözdən uzaq olan 1-ci divizionla bağlı redaksiyamıza xeyli siqnallar daxil olur. Oyunların totalizatora qoyulması barədə hələ ötən mövsüm konkret sübut-dəlil gətirmişdik. Cari mövsüm də istisna təşkil etmir. Bu qarşılaşmalardan bəzilərinə hətta dünyanın aparıcı bukmeker kontorlarında pul yatırımı qəbul edilməsi şübhələrə xeyli əsas verir.
Dünən baş tutan “Bakılı” – “Bakı” oyununa da məşhur “William Hill” bukmeker kontorunda pul qoyuluşları qəbul edilirdi. Oyunun gedişatında əmsalların ildırım sürəti ilə dəyişməsi xeyli maraqlı görünür. Məsələn, meydan sahibləri hesabı açan kimi “Bakılı”nın qələbəsinə olan əmsal 1,23-ə ensə də, bundan bir neçə dəqiqə sonra 1,55-ə yüksəldi. Ancaq bu əmsal da çox sürmədi və addım-addım enişə doğru getdi.
Hesab 3:0-a çatdıqdan sonra isə diqqətçəkən əmsallardan ən şirini növbəti qolun hansı komanda tərəfindən vurulacağı idi ki, burda yatırılan məbləğin üstündə 80 faiz qazanc əldə etmək olardı. Oldu da. Pula yatıranlar qazandı.
Xatırladaq ki, adı oyun alqı-satqısında ən çox hallanan 1-ci divizionun əbədi sakini “Bakılı”dı. Elə ötən mövsüm “Göyəzən”ə ilk yarıdan sonra 0:1 məğlub olacağını, amma yekunda 2:1 qalib gələcəyini də futbolinfo.az saytı oyundan əvvəl xəbər vermişdi… “Bakılı” isə 1-ci diviziondakı “fədakar” çıxışını davam etdirməkdədi.
Dünənki oyuna gəlincə, əlimizdə konkret faktlar olmasa da, bir sıra məqamlar diqqət çəkirdi. Stadionda olan əməkdaşlarımız bir sıra olaylara şahidlik edib.
Əvvəla, hətta Azərbaycanda diqqət çəkməyən bir oyunun məşhur “William Hill” bukmeker kontorunda canlı mərcə qoyulması diqqət çəkir. Müşahidələrimizə əsasən deyə bilərik ki, meydan sahiblərinin 2.00 ilə ölçülən qələbə əmsalına xeyli pul qoyulmuşdu. İlk yarıda qələbənin əmsalı daha çox idi və bura para yatırılması da mümkün idi. Bəlkə də bu səbəbdən “Bakılı”nın prezidenti Misir Əbilov yalnız ilk yarını izləyib arenanı tərk etdi.
Bir həftədi məşqə çıxmayan, bu üzdən aparıcı üzvləri oynamayan, aylardı maaş almayan “Bakı”nın bəzi üzvlərinin bu “oyun”a getməsi də istisna deyil. İlk yarıda buraxılan qolların uşaq səhvlərinin nəticəsi olması da şübhələrə əsas verir. İkinci yarıda ancaq müdafiənin qayğısına qalan “Bakılı” oyundan qazanclı çıxmışa bənzəyirdi.
Tribunalarda da maraqlı olaylar baş verirdi. Oyuna pul qoyuluşu dayandırıldıqdan sonra “stavka”nı qəbul edən kontorun saytını telefonda yeniləməkdən yorulmayan bir neçə şəxs bu işdə maraqlı tərəfə bənzəyirdi. Onlar hesab 3:0 olarkən “Bakılı”nın top buraxmasını arzulayırdı ki, nəticəsi demək olar, bəlli olan oyuna yeni pul qoyuluşu etsinlər. Çünki qollardan birinin əvəzi çıxıldıqdan sonra “Bakılı”nın qələbəsinə kiçik əmsalla pul qoyuluşu yenidən aktivləşdi. Adını dəqiqləşdirə bilmədiyimiz, amma tez-tez “Bakılı”nın düşərgəsində gördüyümüz bir şəxs kiçik əmsala böyük pul qoymağın vacibliyindən danışırdı.
Əməkdaşımız “Bakılı”nın ehtiyat oyunçular skamyasının arxasına səfər edib orada başverənlərə də qulaq asdı. Hər an oyuna girmək növbəsi gözləyən futbolçulardan birinin təəssüflə dediyi sözlər maraqlı idi: “Hesab 1:0 olanda gül kimi əmsal verirdi. 1,50-yə çox atmaq lazım idi”.
Bütün bunlar bəlkə də araşdırma aparmaq üçün əsaslı dəlillər deyil. Amma ən azı AFFA-nın bununla ciddi maraqlanması lazımdı. İlk baxışdan belə oyunlara onsuz da böyük pullar qoymağın mümkünsüzlüyü haqda cavab eşidə bilərsiz. Lakin bizdə xüsusilə “Bakılı”nın əksər futbolçularının və rəhbərliyinin başqa adlara açılmış xüsusi kartlarının olması, orada daim 5-6 min manat pul saxlanılması haqda siqnallar var. Onlar hər dəfə hərəyə 2-3 minlik “stavka” etməklə aylıq maaşlarının 2-3 mislini qazanır və belə dolanırlar. 5-10 manat, ya da milyonlar – fərqi yoxdu, cinayət cinayətdi, bunu araşdırmaq üçün isə cəsarət lazımdı. Ümid edirik, AFFA bu məsələlərə biganə qalmayacaq.
FƏRİD
Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-23 08:32

“Yurqorden” Musanı icarəyə verəcək

blank
Digər idman növləri2024-05-23 08:15

Azərbaycan kuboku: 1/4 final mərhələsinin təqvimi açıqlandı

blank
Müsahibə2024-05-23 08:00

Aleks Souza: “Menecerim danışmamağı tapşırıb”

blank
Dünya futbolu2024-05-23 01:00

“Bayer” nağılı bitdi, “Atalanta” Avroliqanın qalibi oldu!

blank
Dünya futbolu2024-05-23 00:29

Braziliya millisinin 40 yaşlı sabiq üzvündən klubu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-22 23:40

Azərbaycanlı idmançıdan Norveçdə qızıl medal

blank
Digər idman növləri2024-05-22 23:21

Azərbaycanın U-23 millisi Avropa çempionatının qalibi oldu

blank
Digər idman növləri2024-05-22 23:00

“Daha böyük arenalar üçün vaxt çatıb” – Azərbaycanın Avropa çempionu

blank
Digər idman növləri2024-05-22 22:35

Final seriyasının üçüncü oyununda “Sabah” sevindi

blank
Digər idman növləri2024-05-22 22:14

AÇ: Azərbaycan gimnastları komanda hesabında 3-cü oldular

blank
Dünya futbolu2024-05-22 21:46

Super Liqa komandasında baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-22 21:28

AÇ: Qurbanovdan qızıl, Əhmədiyev və Nurullayevdən bürünc medal

blank
Dünya futbolu2024-05-22 21:10

“Betis” satdı, “Barselona” da qazandı

blank
Digər idman növləri2024-05-22 20:55

Formula 1-də büdcələr artırıla bilər

blank
Digər idman növləri2024-05-22 20:37

Pirat yayım təşkilatçıları 95 milyondan etdi

blank
Ölkə futbolu2024-05-22 20:20

İlkin “Qəbələ”nin gənclərinə inanır: “Onlar bu klubu yenidən Premyer Liqaya daşıya bilərlər”

blank
Milli komanda2024-05-22 20:01

Qazaxıstanın Azərbaycanla oyun üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-22 19:38

Balotelli Şahruddinin komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-22 19:19

“İnter”in yeni sahibi məlum oldu

blank
Dünya futbolu2024-05-22 19:01

Premyer Liqanın ən yaxşısı odur – Azarkeşlərin seçiminə görə

blank
Ölkə futbolu2024-05-22 18:43

AFFA-dan həkimlər üçün seminar

blank
I Liqa2024-05-22 18:22

“Şamaxı” I Liqanın qalibi oldu

blank
Dünya futbolu2024-05-22 17:57

Ranyeri karyerasını başa vurur

blank
AÇ-20242024-05-22 17:38

Şotlandların AÇ-2024 üçün ilkin heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-22 17:19

ÇL-in 2026-cı ildəki finalı Budapeştdə keçiriləcək

blank
AÇ-20242024-05-22 17:00

Daha bir komandanın AÇ-2024 üçün heyəti müəyyənləşdi

blank
AÇ-20242024-05-22 16:44

Avstriyanın AÇ-2024 üçün heyəti açıqlandı

blank
Dünya futbolu2024-05-22 16:31

Mövsümün ən yaxşı baş məşqçisi bəlli oldu

blank
Dünya futbolu2024-05-22 16:16

Avropa Liqasının və Konfrans Liqasının final oyunları İstanbulda keçiriləcək

blank
Digər idman növləri2024-05-22 16:00

Azərbaycan boksçuları Dünya Olimpiya Təsnifat turnirində iştirak edəcəklər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm