Premyer-liqa
Svanadze zədəli futbolçularının çoxluğundan gileyləndi
Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. Futbolinf…
Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Sumqayıt"a 2:3 hesabı ilə uduzub.
"İnter Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərh edib:
“Biz oyuna pis başladıq və 2-ci dəqiqədə qol buraxdıq, şokdan yeni ayılmışdıq ki, ikinci qolu buraxdıq, daha sonra 3-cü qolu qapımızda gördük. Daha sonra oyuna nəzarət etdik, qollar vurduq. Zədələr bizi çox sıxır. Son məşqdə zədə alan Dieqo Martins də oyunda iştirak edə bilmədi. Səhvlər üzərində işləmək və güclənmək lazımdır”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…