Premyer-liqa
Samir Abasov: "Dəli olardım"
Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. Futbolinf…
Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. Futbolinfo.az xəbər verir ki, "İnter" doğma meydanda "Sumqayıt"a 2:3 hesabı ilə uduzub.
"İnter Arena"dakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Abasov qələbəni belə şərh edib:
“Sanki, “Kəpəz”lə oyunun davamı idi. “İnter”lə gərgin, maraqlı oyun alındı, azarkeşlər çox qol gördülər. Həyəcanlı bir görüş alındı, heç-heçə də edə bilərdik, məğlub da ola bilərdik, böyükhesablı qələbə qazana bilərdik. Bu hesab da məni razı salır. “Qarabağ” kimi komandanın 1 qol vurub məğlub etdiyi komandanı 3 qolla üstələməyimiz sevindiricidir. Heyətdə zədəli oyunçularımız az deyildi, buna baxmayaraq, futbolçularımız can qoydular və qələbə qazandılar. Zurab Xizanişvili ilə Ağabala Ramazanovun epizoduna gəlincə, konkret danışa bilmirəm. Penaltinin olub-olmadığını deməyə çəkinirəm. Düzdür, mən həmin anda reaksiya verdim. Amma unutmayaq ki, insanın reaksiyası öz istəyinə uyğun olur, mən də lehimizə penalti istəyirdim. Amma epizoda baxdıqdan sonra dediyin bəzən səhv çıxır. Ümumilikdə götürsək, 3:0 hesabı ilə irəlidə olduğumuz oyunda heç-heçə etsəydik və ya məğlub olsaydıq, sadəcə təəssüflənməzdim, dəli olardım”.