Premyer-liqa
Adil Şükürov: "İlk oyunda məğlub olmağımıza səbəb…"
Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub. Futbolinf…
Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub. Futbolinfo.az xəbər verir ki, "Qarabağ" səfərdə "Zirə" ilə 0:0 bərabərə qalıb.
Zirə qəsəbə stadionundakı matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Adil Şükürov heç-heçəni belə şərh edib:
– Ağır oyun oldu. Rəqib haqda əlavə söz deməyə ehtiyac yoxdu. 1 xal qazandıq.
– Oyundan öncə 1 xala razı idiniz?
– Biz bu oyuna 3 xal üçün çıxmışdıq. Ancaq oyuna nəzər saldıqda 1 xal yaxşı nəticədi. Bu oyunda qalib gəlsəydik, 2-ci pilləyə qalxmaq şansımız var idi. Buna görə də meydana qələbə üçün çıxmışdıq.
– Biz bu oyuna 3 xal üçün çıxmışdıq. Ancaq oyuna nəzər saldıqda 1 xal yaxşı nəticədi. Bu oyunda qalib gəlsəydik, 2-ci pilləyə qalxmaq şansımız var idi. Buna görə də meydana qələbə üçün çıxmışdıq.
– İlk oyunda "Qarabağ"a 1:4 hesabıyla məğlub olmuşduz. Bu oyunda isə heç-heçə etdiniz ilk oyunla müqayisədə "Qarabağ" daha zəif oynadı, yoxsa "Zirə" əvvəlkinə nisbətən artırıb?
– İlk oyunda məğlub olmağımıza səbəb, açıq futbol oynamağımız idi. Məhz bunun nəticəsində böyük hesabla məğlub olmuşduq. Ancaq bu gün daha qapalı oyun sərgilədik. Nəticədə, 1 xal qazandıq.
– İlk oyunda məğlub olmağımıza səbəb, açıq futbol oynamağımız idi. Məhz bunun nəticəsində böyük hesabla məğlub olmuşduq. Ancaq bu gün daha qapalı oyun sərgilədik. Nəticədə, 1 xal qazandıq.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”