Dünya futbolu
ÇL: 1/8 finalın cütləri bəlli oldu – YENİLƏNİB
Bu gün UEFA Çempionlar Liqasının püşkatma mərasim…
Bu gün UEFA Çempionlar Liqasının püşkatma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, qitənin ən ali klub turnirində çıxışını davam etdirən 16 komanda 1/8 final üçün rəqiblərini tanıyıb.
Püşk qrup qaliblərini qrup ikinciləri ilə üz-üzə qoyub. Onu da bildirək ki, 1/8 finalda eyni ölkə təmsilçiləri, həmçinin əvvəki mərhələdə bir qrupda yer almış komandalar üz-üzə gələ bilməzlər. Qaydalara əsasən ilk oyunlar qrup ikincilərinin meydanında reallaşacaq.
Qeyd edək ki, ilk qarşılaşmaları 16-17 və 23-24 fevralda baş tutacaq. Cavab görüşləri isə 8-9 və 15-16 martda keçiriləcək.
Çempionlar Liqasının 1/8 finalının cütlükləri:
"Gent" (Belçika) – "Volfsburq" (Almaniya)
"Roma" (İtaliya) – "Real" (İspaniya)
PSJ (Fransa) – "Çelsi" (İngiltərə)
"Arsenal" (İngiltərə) – "Barselona" (İspaniya)
"Yuventus" (İtaliya) – "Bavariya" (Almaniya)
PSV (Hollandiya) – "Atletiko" (Madrid, İspaniya)
"Benfika" (Portuqaliya) – "Zenit" (Rusiya)
"Dinamo" (Kiyev, Ukrayna) – "Mançester Siti" (İngiltərə)