Bizi izləyin

Premyer-liqa

Əsgər sirri

“Neftçi” Qəbələdən də üzüağ qayıtd…

blank
“Neftçi” Qəbələdən də üzüağ qayıtdı. Oda-alova düşən, medallardan əli üzülən, bəzilərinin rişxəndlə “Premyer Liqada yerlərini qorusalar, şükr etməlidilər”, dediyi “ağ-qaralar” sensasiyaları sıralamaqda davam edir. Əsgər Abdullayevin təyinatından cəmi 4 tur ötsə də, bu gün komanda istənilən Premyer Liqa iştirakçısının qorxulu yuxusuna çevrilib. Zarafat deyil, “ağ-qaralar” bu 4 tur ərzində Avropa Liqasının qrup mərhələsinin 2 iştirakçısı, turnir cədvəlinin ilk 3 pilləsində qərarlaşan hər 3 komanda, 7 ildi səfərdə qalib gəlmədiyi komandalarla qarşılaşıb.
Bu oyunlarda 12 mümkün xaldan 10-unu toplamağı bacaran “ağ-qaralar” yalnız “Zirə”yə acı anlar yaşatmayıb. “Xəzər Lənkəran”, “Qarabağ”, “Qəbələ” kimi komandaları “kötəkləyən” Əsgər Abdullayev@CO bu uğurun 2-ni səfərdə əldə edib. Bəs nəyin hesabına? Bəlkə komandaya yeni futbolçular cəlb edilib? Bəlkə start heyətində nəzərəçarpacaq dəyişikliklər baş verib?
Bu sualların cavabını tapmaq üçün 2-ci dövrədə Samir Əliyevli və Əsgər Abdullayevli heyətlərə nəzər yetirməyə zərurət yaranır. 10-cu turda “İnter”i qəbul edən komanda 1:1-lik bərabərliyə qalıb. Ötən mövsüm titula və medala həsrət qalan klubdan yeganə qola Ruslan Qurbanov imza atıb.
Maraqlıdı ki, 11-ci turda “Sumqayıt”la görüşdə də Ruslan fərqlənməyə macal tapıb. Komandasının 2:1 qalib gəldiyi oyunda o, qələbə topunun müəllifi olub. Hər iki qarşılaşmada hücumçu penaltidən fərqlənib. “Neftçi”nin ilk qolunun müəllifi isə Fəhmin Muradbəyli olub.
Növbəti tur Samir Əliyev üçün sonuncu olub. “Rəvan”dan alınan 2:3 hesablı məğlubiyyət gənc mütəxəssis üçün həlledici rol oynayıb. Ancaq dağıstanlı qoleador bu dəfə də rəqib qapısının torunu silkələməyi bacarıb. Özü də 2 dəfə!
Əsgər Abdullayev “mühərriki xarab, təkərləri yalaq, oturacaqları və damı sınıq-sallaq” “avtomobil”i qəbul edərkən, nə “motorçu”, nə “elektrik” yanına aparmaq vaxtı var idi. “Şkurkalayıb”, üstünə “yüngül rəng” vurub, sürdü Lənkərana. Həmin Lənkərana ki, pulunu balta kəsməyən vaxtlar belə, “Neftçi” oradan boynubükük qayıdırdı. Heyətə nəzər salarkən, faktiki olaraq, elə həmin oyunçuların ilk dəqiqələrdən meydana çıxdığını görürük. Amma nəticə fərqli oldu. Özünəinam hissini komandaya qaytarmağı bacaran təcrübəli mütəxəssis Cənubdan üzüağ dönməyi bacardı – 2:0. Bu, həm də 7 illik həsrətin sonu idi. Elə bu qələbədən sonra bakılıların fanatları da az-çox komandaya inanmağa başladılar. Bunun bariz nümunəsi kimi “Zirə”ylə oyunu göstərmək olar. Əsgər Abdullayevlə qələbə qazanmadıqları yeganə görüşdən sonra azarkeşlər “Neftçi”nin futbolçularını çağırdılar və onları şüar və alqışlarla dəstəklədilər.
Ancaq bu bərabərlikdən öncə “Qarabağ” üzərində qələbə qazanıldı. Həmin “Qarabağ” ki, ardıcıl 2 çempionluqdan sonra indi də turnir cədvəlinə inamla başçılıq edir. Və heyətə yenidən nəzər saldıqda ancaq Cavid İmamverdiyevin start "11-liy"ində peyda olmasını görürük. Doğrudu, İmamverdiyev xeyli səhvlərlə yadda qalır. Bunu oyun praktikasının azlığı ilə əlaqələndirərdik. Amma Abdullayev inadkarlıqla ona etimad göstərir. Nəzərə alsaq ki, “qaliblər mühakimə olunmur”, Cavidin “kart-blanş”ı hələlik qüvvədədi.
Nəhayət, dünən ağır Qəbələ səfərindən də qələbəylə dönmək mümkün oldu. “Ağ-qaralar” daha bir iddialını yeganə qolla devirdilər. Nəzərə alsaq ki, heyətdə yenə də eyni futbolçular yer almışdı, uğurun sirrini fərqli “sandıq”da axtarmaq gərəkdi.
Saytımıza Lənkərandakı qələbədən sonra müsahibə verən Abdullayev faktiki olaraq, uğurunun sirrini açmışdı. Təcrübəli mütəxəssis oyunçuların hər biriylə fərdi söhbət etdiyini bildirmişdi. O, komandadakı psixoloji durumun yerində olmadığını qabartmaqla yanaşı, “bir güllə bahar olmaz” fikrini də ifadə etmişdi. Çünki həmin vaxt “Neftçi” cəmi 1 qələbə qazanmışdı. Ancaq artıq arxada 4 tur qalıb. Bu oyunlarda fərqlənən simalar sırasında yenə də Fəhmin və Ruslan adına rast gəlmək mümkündü. Doğrudu, Qəbələdə Filyo, Lənkəranda isə Elşən Abdullayev də qol sevinci yaşayıblar. Lakin fakt budu ki, heyətdə də, oyun üslubunda da yalnız kosmetik dəyişiklik baş verib. Sırf psixoloji durumun qaydasına salınması həlledici rol oynayıb.
“Neftçi” mövsümün ilk yarısını AZAL-la evdə, “Kəpəz”lə səfərdəki matçlarla başa vuracaq. Əlbəttə, bu nəticələr “ağ-qaralar”ın qış fasiləsinə hansı əhval-ruhiyyədə yollanacağına təsirsiz ötüşməyəcək. Bu nəticələr komandanın turnir cədvəlindəki mövqeyinə də, çempionatın 2-ci yarısındakı perspektivlərinə də töhfə vermiş olacaq. Sərgilədiyi futbol, oyunçu potensialına görə komanda yalnız “Qarabağ” və “Qəbələ”dən geri qalır. Üçüncü pillədə qərarlaşan “Zirə”dən isə vur-tut 3 xal geri qalır. Nəzərə alsaq ki, “Zirə” 17-ci turda “Qəbələ”ni qəbul edəcək və bu görüşdə böyük ehtimalla xal itkisinə məruz qalacaq, fərq daha da azala bilər. Hətta nəzəri cəhətdən həm “Zirə”ni, həm də 4-cü yerdə qərarlaşan “İnter”i də qabaqlamaq mümkündü. 
Ancaq çempionatın yarısı arxada qaldıqdan sonra “Neftçi” hazırda tutduğu 5-ci yerdə qərarlaşsa belə, bunu uğur saymaq olar. Çünki 12 turdan sonra komandanın haralarda olması hər kəsə bəllidi. Bax, onda mövsümün sualı ortaya çıxacaq: məğlubiyyətin nə olduğunu bilməyən Əsgər Abdullayevin əvəzinə əcnəbi məşqçi gətirmək hansı məntiqə sığır?
Sonda “Neftçi”nin 2-ci dövrədəki heyətləri və vurduğu qolların müəlliflərini təqdim edirik.
10-cu tur. “Neftçi”- “İnter” 1:1
QOL:
Ruslan Qurbanov, 35 (p)
1. Aqil Məmmədov (k) 4. Rahil Məmmədov 5. Xuan Alberto Melli 6. Aylton Silva 8. Elşən Abdullayev 11. Ruslan Qurbanov (10. Cavid İmamverdiyev, 78) 15. Erik Ramos 17. Rəhman Hacıyev (18. Kaue da Silva, 90) 19. Fəhmin Muradbəyli 20. Salas Quinta Antonio 27. Məqsəd İsayev
11-cu tur. “Sumqayıt” – “Neftçi” 1:2
QOL:
Fəhmin Muradbəyli, 72. Ruslan Qurbanov, 77 (p)
1. Aqil Məmmədov (k) 4. Rahil Məmmədov 5. Xuan Alberto Melli 6. Aylton Silva 8. Elşən Abdullayev 11. Ruslan Qurbanov (22. Mirabdulla Abbasov, 90+3) 17. Rəhman Hacıyev 18. Kaue da Silva 19. Fəhmin Muradbəyli 20. Salas Quinta Antonio (10. Cavid İmamverdiyev, 87) 27. Məqsəd İsayev
12-ci tur. “Neftçi” – “Rəvan” 2:3
QOL:
Ruslan Qurbanov, 41, 90.
24. Miçal Peskoviç 4. Rahil Məmmədov 5. Xuan Alberto Melli 3. Filyo Jairo Rodriges (26. Kamal Qurbanov, 72) 18. Kaue da Silva (8. Elşən Abdullayev, 56), 11. Ruslan Qurbanov 17. Rəhman Hacıyev 15. Erik Ramos (k) 19. Fəhmin Muradbəyli 20. Salas Quinta Antonio 27. Məqsəd İsayev 
13-cü tur. “Xəzər Lənkəran” – “Neftçi” 0:2
QOL:
Elşən Abdullayev, 60. Fəhmin Muradbəyli, 75.
1. Aqil Məmmədov (k) 4. Rahil Məmmədov 5. Xuan Alberto Melli 6. Aylton Silva 26. Kamal Qurbanov 8. Elşən Abdullayev (21. Samir Məsimov, 83) 15. Erik Ramos 17. Rəhman Hacıyev 10. Cavid İmamverdiyev (14. Məhəmməd Qurbanov, 63) 19. Fəhmin Muradbəyli 18. Kaue da Silva
“Neftçi” – “Qarabağ” 1:0
QOL:
Rəhman Hacıyev, 65
1. Aqil Məmmədov (k) 4. Rahil Məmmədov 5. Xuan Alberto Melli 6. Aylton Silva 10. Cavid İmamverdiyev (8. Elşən Abdullayev, 55) (14. Məhəmməd Qurbanov, 90+1) 15. Erik Ramos 11. Ruslan Qurbanov 17. Rəhman Hacıyev 18. Kaue da Silva 19. Fəhmin Muradbəyli 26. Kamal Qurbanov
“Neftçi” – “Zirə” 1:1
QOL:
Ruslan Qurbanov, 10
1. Aqil Məmmədov (k) 4. Rahil Məmmədov 5. Xuan Alberto Melli 6. Aylton Silva 10. Cavid İmamverdiyev (8. Elşən Abdullayev, 56) 11. Ruslan Qurbanov 15. Erik Ramos 17. Rəhman Hacıyev (7. Araz Abdullayev, 70) 18. Kaue da Silva 19. Fəhmin Muradbəyli 26. Kamal Qurbanov 
“Qəbələ” – “Neftçi” 0:1
QOL:
Filyo, 22
1. Aqil Məmmədov (k) 3. Filyo Jairo Rodriges 5. Xuan Alberto Melli 6. Aylton Silva 26. Kamal Qurbanov 11. Ruslan Qurbanov 15. Erik Ramos 17. Rəhman Hacıyev (16. Əziz Quliyev, 89) 19. Fəhmin Muradbəyli 18. Kaue da Silva 14. Məhəmməd Qurbanov (7. Araz Abdullayev, 77)
CEYHUN ƏLİYEV
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Əvəzedicilər2024-05-18 14:30

“Qarabağ-2” – “Turan Tovuz-2” oyununun təyinatları açıqlandı

blank
Premyer-liqa2024-05-18 13:37

Masazırda belçikalı, Bayılda italyan hakim

blank
Dünya futbolu2024-05-18 13:29

Ronaldodan Səudiyyə Ərəbistanı çempionatında yeni rekord

blank
Dünya futbolu2024-05-18 13:00

“Çelsi”nin futbolçusu mövsümün ən yaxşı gənc oyunçusu seçildi

blank
Dünya futbolu2024-05-18 12:31

La Liqa klubundan baş məşqçisi ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-18 12:00

Azərbaycan boksçuları Macarıstandakı turniri iki medalla başa vurdular

blank
Digər idman növləri2024-05-18 11:31

Üçüncülük uğrunda növbəti matç

blank
Digər idman növləri2024-05-18 11:00

“Heydər Əliyev Kuboku-2024”: Azərbaycanın daha 9 boksçusu finalda

blank
Digər idman növləri2024-05-18 10:00

Millimiz bu gün növbəti matçını keçirəcək

blank
Premyer-liqa2024-05-18 09:00

“Sabah” “Sumqayıt”a, “Səbail” “Neftçi”yə, “Kəpəz” “Zirə”yə qarşı

blank
Digər idman növləri2024-05-18 08:00

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm